Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlmenau Texniki Universiteti
İlmenau Texniki Universiteti (alm. Technische Universität Ilmenau, TU Ilmenau‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == İnformasiya texnologiyaları üzrə ixtisasların üstünlük təşkil etdiyi bu universitetdə texniki təhsil çoxillik və zəngin ənənələrə söykənir. Almaniyanın nüfuzlu ali məktəbi 1894-cü ildə texnikum olaraq fəaliyyətə başlayıb. Təhsil müəssisəsində 1953-cü ildən akademik təhsil sistemi tətbiq olunur. Təhsil ocağı 1963-cü ildə İlmenaunun ən yüksək texniki məktəbi statusunu əldə edir, 1992-ci ildən isə universitet statusu qazanaraq Almaniyanın ən gənc universitetlərindən biri olur. == Tələbə həyatı == Hazırda ali məktəbdə 6500-dən artıq tələbə təhsil alır. Təhsil haqqı ilk semestr üçün 13740, sonrakı semestrlər üçün 12240 avro təşkil edir. Universitetdə tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Erenberq ərazisində bir neçə yataqxana inşa edilib.