Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələddin İncəli
Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. == Həyatı == Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. == Fəaliyyəti == Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , "Kommuna yolu" qəzetində ədəbi işçi, "Göyəzən" qəzetində ədəbi işçi və məsul katib, Ağstafada "Qalibiyyət bayrağı" qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Aşıq Kərəm İncəli
Kərəm Süleyman oğlu Nəsibov (11 mart 1945, Qazax rayonu – 11 mart 1995) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri. == Haqqında == Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır. Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur.Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir.Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir. Aslanbəyli kəndində dəfn olunmuşdur.
Canthium inerme
Canthium inerme (lat. Canthium inerme) — boyaqotukimilər fəsiləsinin canthium cinsinə aid bitki növü.