DİNCƏLMƏK

f. İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət etmək, dincini almaq, rahatlanmaq.
[Məşədi Mürsəl:] Buyur, içəri gəl, gəl dincəl, yorulmusan… T.Ş.Simurq.
Ovdakı yorğunluğun da, dincəlməyin də başqa bir dadı var. M.Rzaquluzadə.
Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı dincəlirdi. Mir Cəlal.

// İstirahətini bir yerdə keçirmək.
Bu il harada dincəldin? – Yayın isti günlərində; Dincəlmişik gözəl, sərin; Kölgəsində meşələrin. M.Dilbazi.

// Rahat olmaq, sakit olmaq, rahatlanmaq, intizardan, təlaşdan, təşvişdən qurtarmaq. Oğlundan bir xəbər olmadığı üçün heç dincələ bilmir.
– Yar məndən üz döndərdi; Qoy dincəlsin xalq indi. (Bayatı).
Həsənəli bəy gedəndən sonra Məşədi Əsgərin ürəyi bir az dincəlmişdi. S.M.Qənizadə.

// Sakit olmaq, işinə, hərəkətinə, fəaliyyətinə ara vermək.
Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir.
Çıraq yanır, mənim yuxum gəlməyir; Vıyıldayır külək də, dincəlməyir. A.Səhhət.
[Səriyyə xala:] Ağlama oğul, dincəl, gedərik.
Başını dizimin üstünə qoy! M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİNCƏLMƏK DİNCƏLMƏK [Adilə] bir qədər dincələndən sonra paltarını dəyişib redaksiyaya getdi (Ə.Qasımov); DİNCİNİ ALMAQ Napoleon əsgərlərindən biri demişdi: “Biz
  • DİNCƏLMƏK rahatlanmaq

Antonimlər (əks mənalı sözlər)

  • DİNCƏLMƏK DİNCƏLMƏK – İŞLƏMƏK Gah yalquzaq kimi ulayır külək, gah da quduz kimi yatır, dincəlir (S.Vurğun); Mən texnikumu bitirib bir sənət qazanacaqdım, başqal
DİNCƏLMƏ
DİNCƏLMƏZ

Digər lüğətlərdə