Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
INSEAD
INSEAD ( Institut européen d'administration des affaires ), Fontainebleau, Abu Dabi və Sinqapurda kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1957-ci ildə qurulan məktəb. INSEAD, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 5-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Johann Schneider-Ammann, Semih Yalman, Filip Parker kimi adlar vardır. == Xronologiya == 1957: INSEAD, ABŞ xaricində ilk biznes məktəbi olaraq quruldu 1959: Fontainebleau-da ilk MBA qəbulu və bir illik MBA proqramı təqdim edən ilk biznes məktəbi 1960: İlk MBA sinif məzunları 1967: Fontainebleau Meşəsinin kənarında (indi 'Avropa Kampusu' adlanır) məktəbin ilk kampusunun açılışı 1971: Fontainebleau'daki INSEAD'ın yanında bir ərazidə Avropa Davamlı Təhsil Mərkəzi olan CEDEP'nin yaradılması 1976: INSEAD Məzunları Fondunun fəaliyyətə başlaması 1980: INSEAD Euro-Asia Center Fontainebleau'da açılır 1983: MBA proqramı ikili qəbuluna başlayır (yanvar və sentyabr aylarında) 1987: INSEAD-Fundação Dom Cabral tərəfdaşlığının elan edilməsi 1989: Doktorantura proqramının başlanması 2000: Sinqapurda açılan Asiya Kampusu ilə bir çox qitədə tam kampusları olan ilk biznes məktəbi 2001: INSEAD-Wharton İttifaqının və ilk MBA iştirakçı mübadilələrinin elanı 2003: İcraçı MBA proqramının başlanması 2010: INSEAD-in Əbu-Dabi Mərkəzi Kampus statusuna qovuşdu (Orta Şərq Kampusu) 2012: Maliyyə ixtisası üzrə magistr dərəcəsi 2013: CEIBS ilə MBA iştirakçısı mübadilə müqaviləsi başladıldı 2015: Sinqapurda Liderlik İnkişaf Mərkəzinin açılışı 2016: Financial Times 2016 reytinqində MBA, Executive MBA (Tsinghua-INSEAD EMBA) və Single School Executive MBA (INSEAD GEMBA) — reytinqlərdə ‘üçlü birinci’ əldə edən ilk və yeganə biznes məktəbi.
Meri Elizabet Uinsted
Meri Elizabet Vinsted (28 noyabr 1984) — Amerikalı kinoaktrisadır. Vinsted, "Zəng-2", "Təyinat məntəqəsi-3", "Qara milad bayramı" və "Ölümün sübutu" kimi qorxu filmlərindəki rollarına görə "dəhşət kraliçası" adlandırılıb. O, "Yüksək pilotaj", "Bobbi" və "Azad yaşa və ya ağır öl" kimi döyüş filmlərindəki rolları daxil olmaqla başqa janrlara da əl atıb. Karyerası boyunca o, "Passions"dakı işinə görə "Gənc Artist Mükafatı"na layiq görülüb və həmçinin "Ekran Aktyorları Birliyi Mükafatı"na layiq görüldüyü "Bobby"də yer alıb. == Həyatı == Beti Lu və Ceyms Ronald Vinstedin qızı Meri Elizabet Vinsted Şimali Karolina, Roki Mountda dünyaya gəlib. Beş yaşı olanda ailəsi Solt Leyk Siti şəhərətrafına, Utah, Sendiyə köçüb. Onun marağı incəsənətin ifaçılıq növünə idi, lakin baletə və aktyorluğa olan həvəsi üstün oldu. Uşaq vaxtı Vinsted "The Nutcracker"in "Mountain West Ballet"i versiyasında çıxış edib. Balerin olmaq arzusuyla on bir yaşında o, Nyu-Yorkdakı nüfuzlu "Joffrey Ballet School"un yay proqramında rəqs öyrənmək imkanını əldə edib. Orada o, balet və caz rəqsini öyrənib, lakin qərara gəlib ki, aktyorluğu da öyrənsin.
Meri Elizabet Vinsted

Insta
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəçilərə filtrlərlə redaktə edilə bilən və hashtaglar və coğrafi etiketləmə ilə təşkil edilə bilən media yükləməyə imkan verir. Yazılar açıq şəkildə və ya əvvəlcədən təsdiqlənmiş izləyicilərlə paylaşıla bilər. İstifadəçilər digər istifadəçilərin məzmununu teqlər və yerlər üzrə nəzərdən keçirə və trend olan məzmuna baxa bilərlər. İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər.Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdudiyyətlər 1080 pikselə qədər artırılaraq yüngülləşdirilib. Xidmət həmçinin mesajlaşma xüsusiyyətlərini, bir postda birdən çox şəkil və ya videonu daxil etmək imkanı və əsas müxalifəti olan Snapchat-a bənzər "hekayələr" funksiyasını əlavə edib ki, bu da istifadəçilərə foto və videoları hər bir yazı ilə ardıcıl lentə yerləşdirməyə imkan verir.