Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enrique İglesias
Enrike Migel İqlesias Pleysler (isp. Enrique Miguel Iglesias Praysler) — ispan müğənnisi, bəstəkar və prodüser, 116 platin, 227 qızıl diskin və 26 beynəlxalq mükafatın sahibidir. Məşhur ispan müğənnisi Hulio İqlesiasın oğludur. == Həyatı == Enrike İqlesias 1975-ci il mayın 8-də Madriddə anadan olmuşdur. Anası İzabel və atası Hulio ayrıldıqdan sonra Enrike bir müddət anası ilə yaşamışdır. Babası quldurlar tərəfindən oğurlandıqdan sonra anası 10 yaşlı Enrikeni atasının yanına - Mayamiyə göndərmişdir. O, burada universitetdə təhsil almış, lakin onun musiqiyə olan həvəsi və qüruru onu atasının evini tərk etməyə məcbur etmişdir. Özünə mənzil tutaraq, axşamlar kiçik bir restoranda mahnı oxuyur və ailəsindən xəbərsiz ilk albomu üçün mahnılar yazır. Hətta ilk albomunu 20 yaşında çıxarmasına baxmayaraq, albomu üçün mahnıları hələ 16 yaşında ikən yazmağa başlamışdır. Atasının şöhrətinə arxalanmağı sevməyən Enrike çox qürurlu idi və o bu albomu onun köməyi olmadan çıxartmışdı.
Enrique Iglesias (albom)
== Enrique Iglesias == 1995-ci ildə çıxmış məşhur ifaçı Enrike İqlesiasın ilk albomu. Albom ispan dilindədir. Albomda cüzi miqdarda rock janrları hiss olunur. Albomun ispan dilində çıxarılmasına baxmayaraq ilk həftədən albom satışları yarım milyonu keçmişdi. Albom Enrikeyə Grammy (Ən yaxşı latın müğənni) mükafatını qazandırıb.