İNTRİ́QA

[ fr. ]
1. Bir məqsədə (adətən pis məqsədə) yetmək üçün əlaltından görülən iş; hiylə, fitnə. İntriqa aparmaq. İntriqa qurbanı.
– …Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi. M.S.Ordubadi.
[Tələbə:] Bir də, mən intriqa bilən adam deyiləm… Qantəmir.
[Yusif:] Deyirlər, sədrin əleyhinə intriqa düzəldirsən. B.Bayramov.

2. ədəb. Roman və ya dramda əsas hadisələrin çox dolaşıqlığı və gərginliyi cəhətdən fərqlənən süjet xətti, mövzunun düyünü.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNTRİQA intriqa bax fitnə 1
  • İNTRİQA hiylə — fitnə — ziddiyyət
İNTONÁSİYA
İNTRİQAÇI

Digər lüğətlərdə