Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elektrik intiqalı
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M — mühərrik, ÖM — ötürücü mexanizm, İO — işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Karib dənizinin quldurları: Salazarın intiqamı (film, 2017)
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi.Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub,dənizi idarə edirdi,bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 May 2017-ci ildə təqdim olunmuşdur.