Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İonosfer
İonosfer- atmosferin 50 (80) km-dən yuxarıda yerləşən ionlaşmış qatı. == Xarakteristikası == İonosferin yuxarı sərhəddi şərti olaraq 15-20 min km götürülür. İonlaşma qısa dalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s. təsiri nəticəsində baş verir. Maksimum ionlaşma gecə 300-400 km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İonosferdə temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə çatır. Buna görə İonosferə Termosfer də deyilir.
Xionosfer
Xionosfer (rus. хионосфера, ing. chionosphere) — yun. chion-qar və sphaira – kürə troposferin sülb atmosfer çöküntüləri balansı müsbət olan qatını göstərmək üçün, şərti anlayış X. alt sərhəddinin yer səthinə çatıb-çatmamasından asılı olmayaraq.
Fotosfer
Fotosfer — Günəşin səthindən 200–300 km-dək məsafədə yerləşir. Burada temperatur 5700 °C-dən çox olur. Fotosferdə yaranan dairəvi qara ləkələr (diametri 200000 km-ə qədər) Günəş ekvatorunun hər iki tərəfində müşahidə olunur.
Homosfer
Homosfer – hündürlüyü 90–95 km olan aşağı qatdır. "Homo" –tək, "sfera" isə təbəqə deməkdir. Bu qatda hündürlük artdıqca əsas qazların faiz tərkibi və havanın xüsusi molyar çəkisi dəyişməz qalır.
Noosfer
Noosfer (yun. noos) – ağıl və (yun. sphaira) (rus. ноосфера, ing. noosphere, yun. νόος — şüur və σφαῖρα — sfera, dairə, təbəqə) — planetin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsidir. == Geomorfoloji termin == Noosfer məfhumu 1927-ci ildə fransız alimləri Elmə Teyyar de Şarden və E. Le-Rua tərəfindən gətirilmişdir. Vernadski isə bu anlayışı inkişaf etdirmişdir. Noosfer insanın kosmosa çıxması və planetdə dərin məsələlərin həlli sayəsində fasiləsiz olaraq genişlənmək meylinə malikdir. Noosfer çox zaman Antroposfer adlandırılır: Antroposfer — insan yaşayan və ya daxil olan yer sferi; Antroposfer — Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə və ya vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək hissəsi.