Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İroniya
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
Sokratik ironiya
Sokratik ironiya — dialoq aparma metodu. Söhbətin əvvəlində həmsöhbətin xəyali cəhaləti və razılığı qəbul edilir. Sonrakı dəqiqləşdirici suallar əqidələrin saxtalığını və rəqibin nadanlığını göstərir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" termini "özünü aşağılama" mənasını verirdi. Sokratın bu dialoq üsulundan istifadə etməsi dövrün özəllikləri ilə bağlı idi. İroniyadan istifadə filosofa nəinki sofistlərə qarşı durmağa, həm də onların arqumentlərini təkzib etməyə imkan verirdi. Sørn Kyerkeqora görə, "ironiya dünyada Sokratla birlikdə meydana gəlmişdir". Sokratik istehza fəlsəfi diskussiya üsulu kimi son antik dövrdə öz əhəmiyyətini itirmişdir. == Sokrat metodunda ironiyanın rolu == Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" sözü "özünü aşağılama", "özünü alçaltma", "iddia" mənasını verirdi. Termin öyünmənin antonimi idi.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)