Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstriya
İstriya (xorv. Istra, sloven. Istra, it. Istria) — Adriatik dənizində yarımada. Xorvatiyanın şimal-qərb hissəsində yerləşir. Yarımadanın az bir hissəsi Sloveniyaya və İtaliyaya məxsusdur. == Ümumi məlumat == Adriatik dənizinin ən böyük yarımadalarından biridir. Yarımadanın şimal-qərbində Triest körfəzi, şərqində isə Kvarner körfəzi yerləşir. Sahillərində olan iri xorvat şəhərləri: Pula — 57 460 nəfər (2011), Rovin — 13 647, Poreç — 10 448, Labin — 7 904, Opatiya — 7 850, Umaq — 7 769, Oazin — 4 986. Adriatik sahillərində yarımadaya yaxın ərazidə Xorvatiyanın üçüncü ən böyük şəhəri olan Rieka yerləşir.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Rosa istrica
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260-1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
İştirək (Baltas)
İştirək (rus. Иштиряково, başq. Иштирәк) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 201 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 15 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 84 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (73%) və tatarlar (26%) üstünlük təşkil edir.
Sırxa Meşə
Sırxa Meşə (az.-əbcəd سورخا مئشه‎, fars. سرخه میشه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 302 nəfər yaşayır (93 ailə).
Sırxa Səng
Sırxa Səng (az.-əbcəd سورخاسنگ‎, fars. سرخه‌سنگ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (37 ailə).
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. == Hanoy tərəfindən == === ÇXR === 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 === SSRİ === Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.Sovet İttifaqı Şimali Vyetnamı tibbi ləvazimatlar, silahlar, tanklar, təyyarələr, helikopterlər, artilleriya, zenit raketləri və digər hərbi texnika ilə təmin edirdi.
Sırxa Dizə (Tarım)
Sırxa Dizə və ya Surxəzə (az.-əbcəd سورخزه‎, fars. سرخه دیزج‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 313 nəfər yaşayır (98 ailə).