Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dieqo Velaskes
Dieqo Velaskes (isp. Diego Velázquez; 6 iyun 1599[…], Sevilya – 6 avqust 1660[…], Madrid) — İspaniyalı rəssam. == Həyatı == 6 iyun 1599-cu ildə portuqaliyalı bir Yəhudi olan vəkil ata (Juan Rodríguez de Silva) ilə zadəgan bir ailədən gələn ananın (Jerónima Velázquez) ilk oğlan övladı olaraq dünyaya gəldi. O dövrdə İspaniyada ailənin ilk oğlan övladının ananın qızlıq soyadını alması ənənə olduğundan, Velaskes soyadını aldı. Dieqo Velaskes dil öyrəndi, fəlsəfə oxudu, rəsm dərsləri aldı. İlk rəsm müəllimi məşhur rəssam Francisco de Herrera idi. Uzun tüklü fırçalarla rəsm çəkməyi böyük ehtimal ki, ondan öyrəndi. Velaskes, sərt təbiətli yaşlı bir rəssam olan Francisco de Herrera ilə bir ilə yaxın müddətdə çalışdıqdan sonra, 12 yaşında olarkən, daha pis rəssam lakin daha yaxşı müəllim olan Francisco Pacheco'nun şagirdi oldu. Beş il onunla işlədi. Müəllimi Sevilyadakı sənət adamlarına yaxın olduğundan, Velaskes dövrün ədəbiyyat və sənət dəyişkənliklərini yaxından təqib etməyə başladı və gələcəkdə saraya girməyində müəlliminin köməyi oldu.
İlankəş (Kəleybər)
İlankəş (fars. ايلان كش‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (5 ailə).