Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koblens
Koblens (alm. Koblenz‎; lat. Confluentes) — Reynland-Pfalts əyalətində, Almaniyanın qərbində yerləşən alman şəhəri.
Els-Poblets
Els-Poblets (isp. Els Poblets) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 3,62 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3310 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Web de información y discusión sobre Els Poblets Ayuntamiento de Els Poblets Índice Estadístico Municipal de Els Poblets. Datos y cifras de los municipios de la provincia de Alicante.
Alfonso Robles
Alfonso Qarsiya Robles (isp. Alfonso García Robles; 20 mart 1911, Samora-de-Hidalqo,Miçoakan,Meksika - 2 sentyabr 1991, Mexiko,Meksika) —Meksikalı siyasətçi,diplomat,Meksikanın Xarici İşlər naziri (1975-1976), Alva Mürdal ilə birgə 1982-ci ildə Nobel Sülh mükafatı laureatı == Erkən həyatı == Alfonso Qarsiya Robles Tereza Qarsiya və Kirino Qarsiya Roblesin (Miçoakan ştatı) ailəsində dünyaya göz açıb. Öncə keşiş olmaq niyyətində olan Alfonso, sonra fikrini dəyişərək və Mexiko Dövlət Universitetin hüquq fakültəsinə daxil olur. 1933-cü ildə beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə məzun oldu,bundan sonra Parisdə (1934-1937) və Haaqa Beynəlxalq Hüquq Akademiyasında (1938) təhsilini davam etdirdi. Robles hələ Avropada ikən diplomat kimi fəaliyyət göstərərək iki ilini İsveçdəki Meksika səfirliyində keçirir. == Karyerası == 1941-ci ildə vətəninə qayıdaraq beynəlxalq təşkilatlar şöbəsinin müdiri,daha sonra siyasi və diplomatik xidmətin baş direktoru təyin edildi. 1945-ci ildə,San-Fransiskoda BMT-nin yaradıldığı konfransda Meksika nümayəndə heyətinin üzvü oldu. Daha sonra Nyu Yorkdakı BMT Katibliyində çalışdı. 1957-ci ildə Meksikaya qayıtdıqdan sonra Xarici İşlər nazirliyində Avropa,Asiya və Afrika şöbəsinin müdiri təyin edildi,bununla əlaqədar 1958 və 1960-cı illərdəki dəniz hüququ ilə bağlı konfranslarda fəal iştirak etmişdir. == Sülhməramlı kimi fəaliyyəti == 1962-1964-cü illərdə Meksikanın Braziliyadakı səfiri olmuşdur.
Barri Nobles
Barri Nobles (2 dekabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Barri Nobles ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Barri Nobles 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.756 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu.
Danielle Robles
Danielle Robles (d. 23 avqust 1994) — Braziliyalı suya tullanan. Danielle Robles Braziliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Danielle Robles birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 124.65 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Huqo Robles
Huqo Robles (5 noyabr 1973) — Argentinalı oxatan. Huqo Robles Argentinanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Huqo Robles birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 103-cü yeri tutdu və 1/64 finala vəsiqə qazandı. Huqo Robles 1/64 final mərhələsində Ukraynanın nümayəndəsi Markiyan İvaşko ilə üz-üzə gəldi. Həmin görüşdə Huqo Robles rəqibinə 4:6 hesabı ilə uduzdu.
Manuel Robles Pesuela
Manuel Robles Pesuela (isp. Manuel Robles Pezuela; 23 may 1817, Quanaxuato[d], İspaniya imperiyası – 23 mart 1862) — Meksika siyasətçisi və hərbi xadimi . O, 24 dekabr 1858-ci ildən 21 yanvar 1859-cu ilə qədər Meksikanın prezidenti olmuşdur. == Həyatı == Amerika–Meksika müharibəsində iştirak etmiş, İslahat müharibəsində Mühafizəkarlar tərəfində vuruşmuşdur. O, sələfi Feliks Mariya Suloaqanın hökumətini devirdikdən sonra hakimiyyətə gəlmişdir. Buna baxmayaraq, onun hökuməti kifayət qədər dəstək almamışdır. Onu tezliklə Migel Miramon əvəz etmişdir.Fransa işğalından sonra işğalçılarla əməkdaşlıqda şübhəli bilindiyi üçün həbs olunmuşdur. O, qaçmağı bacarmış və Fransa ordusuna qoşulmağa cəhd etmişdir, lakin öldürülmüşdür.