Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kökayaqlılar
Kökayaqlılar(lat. Rhizopoda) protozoylar aləminə daxil olan tip. Bu tipə aid olan heyvanlar yalançı ayaqların köməyi ilə hərəkət edir, həm də qidasını yaxalayır. Əksər kökayaqlıların bədəni çanaq və ya skeletə malikdir. 4 dəstəyə bölünür: amyöb, heliozoykimilər, foraminiferlər, şüalılar. Kökayaqlılar əsasən sahildən tutmuş ən dərin yerlərə qədər sularda yaşayırlar. Xəzər dənizində 16 növ foraminifer, 3 növ heliozoy və 10 növ amyöb yaşayır. Foraminiferlər (Foraminiferida). İbtidai heyvanlara daxil olub, bədəni çanağın daxilində yerləşir. Azərbaycanın şirin sularında yaşayan 14 növ amyöb məlumdur.
Kökayaq morxella
Kökayaq morxella (lat. Morchella crassipes) — fungi aləminin ascomycota şöbəsinin pezizomycetes sinfinin pezizales dəstəsinin morchellaceae fəsiləsinin morchella cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B2b(ii, iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Meyvə cismi iridir, hündürlüyü 24 sm-ə çata bilər. Papaqcıq sarımtıl-boz, enli yumurtavari və ya oval, 8 sm-dək hündür, 10 sm-dək endə olur. Səthi iri, dərin oyuqlara malik, kənarları ayaqcığa qovuşandır. Ayaqcıq sarımtıl-ağ, təpəcikli, uzununa düz olmayan şırımlı, 15 sm hündürlükdə, orta hissəsi 4-6 sm qalınlığında, əsasa getdikcə enlənərək 8 sm qalınlığında olur. Şərti yeməli göbələklərdəndir.
Onayaqlı xərçəngkimilər
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.