Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kümxana
Kümxana (dəyə) — XIX-XX əsrlərdə Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikilisi. Kümxana, bir qayda olaraq, "toxmacar" və ya "gərrik" adlanan tut bağının içərisində inşa olunurdu. Kümxananın içərisində 3-4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Karxana fırçaotu
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Küləxana (Əbhər)
Küləxana (fars. كله خانه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (13 ailə).
Qumşana
Qumşana (fars. قمشانه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 96 nəfər yaşayır (33 ailə).
Buzxana məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi == Qaraağac məhəlləsi == Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. == Qoçaltı məhəlləsi == Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. == Şahab məhəlləsi == Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Kuptana adası
Quamblin adası (isp. Isla Guamblin) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 320 km² təşkil edir. Maksimal hündürlüyü 1680 metrdir. Şərq sahilində kiçik bir liman vardır.
Qədim buzxana
Qədim buzxana — Azərbaycanın İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. "Buzxana" adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Rumyana buzlağı
Rumyana buzlağı (bolq. ледник Румяна, ‘Lednik Rumyana’ \'led-nik ru-'mya-na\) — 11 km uzunluğu və 4 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Patton buzlağından şimal-qərbdə, Delyo buzlağından cənub-şərqdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstanlı qadın üsyan lideri Rumyana Voyvodanın (19-cu əsr) adını daşıyır. == Yerləşməsi == Rumyana buzlağı 78°16′00″ c. e. 85°50′00″ q. u. koordinatlarında yerləşmişdir.
Umixana Çuvidina
Umixana Çuvidina (bosn. Umihana Čuvidina 1794, Sarayevo – 1870, Bosniya vilayəti) — Osmanlı dövrünün Bosniya şairəsi. Əsərləri bu günə qədər qalmış ən qədim bosniyalı qadın müəllifdir. Çuvidina şeirlərini səsləndirir və ənənəvi boşnak xalq musiqisi janrı olan Sevdalinkya böyük töhfə verirdi. == Bioqrafiyası == Çuvidina 1794-cü ildə Sarayevoda (müasir Bosniya və Herseqovinanın paytaxtı), sonra Osmanlı İmperiyasının bir hissəsində, restoran işlədən və sonra qarpız yetişdirib satan bir boşnak ailəsində anadan olmuşdur. Çuvidina Milatsk çayının sol sahilində yerləşən Sarayevonun Hride məhəlləsində böyümüşdür. 1813-cü ildə Çuvidina 19-cu əsrin əvvəllərində Serb üsyanının yatırılması zamanı Ali Paşa Derendeliyanın imperiya ordusunda əsgər olaraq ölən Muyo Çamcı-Bayraktar adlı bir gənclə nişanlanır. Drina çayı, yaxınlığında, o qədər də kiçik olmayan Loznitsa qəsəbəsində öldürülür. Nişanlısının ölümündən təsirlənən Çuvidin heç vaxt evlənməməyi qərara alır, sevgilisi və yoldaşları haqqında şeir yazmağa başlayır. Muyonun ölümündən üç ilə qədər Umixana evinin həyətindən bayıra çıxmır.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir. Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kumran əlyazmaları
Kumran əlyazmaları və ya Ölü dəniz perqamentləri — İudeya səhrasında yerləşən Kumran, vadi Murabbaat, Xirbət-Mird və digər mağaralarda, həmçinin Masada qalasında 1946–1956-cı illərdə tapılmış 972 mətndən ibarət manuskriptlərin ümumi adı. Həmin dövrdə Britaniya mandatı altında olan bu ərazilər hal-hazırda Qərb sahili adını daşıyır və 1967-ci ildən İsrail işğalı altındadır. Radiokarbon analizi nəticəsində bu əlyazmaların e.ə. 408-ci ildən eramızın 318-ci ilinədək olan dövrü əhatə etdikləri müəyyən edilmişdir. Hazırda bu əlyazmalar Qüdsdəki İsrail muzeyinin "Kitab məbədi" adlı bölməsində saxlanılır. Mətnlər ivrit, arami, yunan və nəbati dillərində, əksəriyyəti perqament üzrərində, kiçik bir hissəsi isə papirus və tunc üzərində yazılmışdır. == Xarici keçidlər == The Digital Dead Sea Scrolls hosted by the Israel Museum, Jerusalem Shrine of the Book Arxivləşdirilib 2012-07-28 at the Wayback Machine, home of the physical scrolls at the Israel Museum, Jerusalem The Leon Levy Dead Sea Scrolls Digital Library hosted by the Israel Antiquities Authority Jerusalem Sərgilər və akademik layihələr The Dead Sea Scrolls: Mysteries of the Ancient World (2009) Arxivləşdirilib 2009-02-10 at the Wayback Machine at The Jewish Museum (New York) Dead Sea Scrolls facsimile of 1QIsa 1Qs and 1QpHab, Facsimile-editions.com Qumran Visualization Project, UCLA Timetable of the Discovery and Debate about the Dead Sea Scrolls, VirtualReligion.net Library of Congress On-line Exhibit, ibiblio.org Ancient Treasures and the Dead Sea Scrolls — Kanada Sivilizasiya Muzeyi Dead Sea Scrolls Arxivləşdirilib 2009-12-09 at the Wayback Machine — Ontario Kral Muzeyi Media və akademik məqalələr The Importance of the Discoveries in the Judean Desert Israel Antiquities Authority Pesher Technique: Dr. Barbara Thiering's Writings Barbara Thiering's (unconventional) theories connecting the scrolls with the Bible The Dead Sea Scrolls as a source on Palestine History of 1st century AD. Sergey E. Rysev. "Jannaeus, His Brother Absalom, and Judah the Essene," Stephen Goranson, on Teacher of Righteousness and Wicked Priest identities.
Buzxana abidəsi (Ordubad)
Buzxana abidəsi - Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. == Abidə haqqında == Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.
Quşxana palçıq vulkanı
Quşxana palçıq vulkanı– Abşeron yarımadasının qərbində yerləşir. == Haqqında == Abşeron vilayəti eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Axtarma vulkanından 2 km cənubda eyni adlı neft yatağının yaxınlığında yerləşib. Vulkan ellipsvari formada olub, əsası geniş, yamacları aç meyllidir. Onun müasir görünüşü püskürmənin qədimliyini göstərir. Kəşfiyyat qaçımasının məlumatları göstərir ki, 80–100 m qalınlıüında olan brekçiya bilavasitə Məhsuldar qatı örtür. Sahənin geoloji quruluşunda Abşeron və Aücagil çöküntüləri, habelə qırışğın taüında 600 m-dək yuyulmuş Məhsuldar qat iştirak edir. Hazırda Quşxana vulkanı sakitlik vəçiyyətdədir.
Yuxarı Quşxana (Tikantəpə)
Yuxarı Quşxana (fars. قوشخانه عل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (5 ailə).
Kuxan (Qoşaçay)
Kuxan (fars. كوخان‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 806 nəfər yaşayır (158 ailə).
Ronald Kuman
Ronald Kuman (21 mart 1963) — Niderlandlı futbol məşqçisi.
Kuman dili
Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil. Hazırda istifadə olunmayan kuman dili bugünkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar. == Adlandırması == Elmi nəşrlərdə bu dil Kuman və Kuman türkcəsi kimi göstərilmişdir. == Tarixi == Kumanlar XIII-XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Kumanlar tarix boyu qıpçaqlarla eyni birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır. Kodeks Kumanikus türklər tərəfindən yazılmayan amma kuman dilinin danışıq xüsusiyyətlərini əks etdirən, öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir. == Əsərlər == Atamız kim köktesiñ. Alğışlı bolsun seniñ atıñ, kelsin seniñ xanlığıñ, bolsun seniñ tilemekiñ – neçikkim kökte, alay [da] yerde.
Kuman-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. == Tərkibi == Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili. Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев.
Hövbə-i Kuxan (Qoşaçay)
Hövbə-i Kuxan (fars. هوبه كوخان‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (16 ailə).