Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günəhir
Günəhir — Azərbaycan Respublikasının Lənkəran rayonunun Qəgiran inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 944 nəfərdir. == Toponimiyası == Tədqiqatçılara görə, oykonim bir qədər təhrifə uğramış, əslində Quynahir olmalıdır. Talış dilində quynahir "qatı, sıx duman" deməkdir. Kəndin ərazisi ilin çox vaxtı dumanlı, çənli olduğundan belə adlandırılmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Bəliton, Horavenc və Şivlik kəndləri Günəhir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bəliton kəndi olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Günəhir bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Künər vilayəti
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Kunaşir
Kunaşir adası (aynu. Кунашири — Чёрный остров, yap. 国後島) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinin ən cənub adası. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir. Aynca adanın adı Kunaşiri yəni Qara ada mənasını verir. Bu onun təbiətinə görə deyilmiş addır. Belə ki, tünd sıx meşələr və Tyatya vulkanı və üstəlik üç fəaliyyətdə olan digər vulkanların püskürdüyü küll ona bu adın verilməsinə səbəb olmuşdur. == Tarixi == Adada ilk yaşayış əlamətlərinin yaşı ən azı 5 min il olaraq qiymətləndirilir. Kunaşirin yerli əhalisi aynlar olmuşdur.
Yüreğir
Yüreğir — Adana ilinin ilçəsi. == Tarix == Adananın mərkəz ilçəsi olan Yüreğir 5 iyun 1986-cı ildə bələdiyyə olmuşdur. Adını 1250-1352-ci illər arasında Oğuz boyundan biri olan Üçoxlara aid türk tayfasının buraya köç etməsi səbəbində almışdır. Adananın ən çox köç edilən ilçəsidir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 415.198 nəfər yaşayır.
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Kunaşir boğazı
Kunaşir boğazı (yap. 根室海峡) — Sakit okeanına daxil olan Kunaşir adasını Hokkoyda adasındasından ayırır. Oxot dənizini Xəyanət boğazı ilə birləşdirir. Uzunluğu 74 km, eni şimalda 24 km, cənubda isə 43 km təşkil edir. Dərinliyi 2500 km-dir. Sahilləri yüksəkdir. Burada Znamenka, Alexina, İvanovskiy burunları vardır. Boğaza Asin, Valentina, Alexina, Ozernaya, Krivonojka, Temnaya, Tyoryoy-Qava, Kotanuki-Qava çayları tökülür. Sahillərində sualtı və suüstü qayalı daşlara rast gəlinir. Şərqində Alexina buxtası yerləşir.
Yüreğir boyu
Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır. XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.
Kungur mağarası
Kungur buz mağarası — Sibirin və Uralın ən görməli məkanlarından biri. Buz dağla birlikdə regionun tarixi-təbii kompleksini formalaşdırır. SSRİ zamanından ölkə əhəmiyyətli ərazi hesab olunurdu. Mağara Perm diyarında, Sılva çayının sağ sahilində yerləşir. Mağara Kunqur şəhərinin yaxınlığında, Fillippovka kəndinin ərazisində aiddir. Perm şəhərindən mağaranı 100 km-lik məsafə ayırır. Unikal geoloji abidə Rusiyanın Avropa hissəsində yerləşən ən böyük karst mağaralarından biri hesab olunur. Uzunluğuna görə isə dünyada ən uzun yeddinci gips mənşəli mağaradır. 5700 metr uzunluğa malik mağaranın ancaq 1500 metri turistlər üçün əl çatandır. Mağaranın mərkəzində havanın temperaturu +5 °C −2 °C arasında dəyişir.
Ramazan bəy Yüreğir
Ramazan bəy Yüreğir(? - 1353) - Oğuzların Yüreğir boyundan Ramazanoğulları sülaləsinin əsasını qoymuş türkmən bəyi. Ramazan bəy Yüreğirin barəsində məlumatlar çox azdır. Üçoqlar Məmlüklərin Çukurova istilası zamanı onlara kömək etmişdi. Bu səbəbdən Çukurova işğal edildikdən sonra Adana və Misisin idarəsi Ramazan bəyə tapşırılmışdı. 1353-cü ildə Misirdə Sultan Salihə qarşı üsyan başladı. Bu üsyana Hələb hakimi Bəyboğa və Zeynəddin Qaraca bəy Zülqədər də qoşuldu. Məmlük sultanı Türkmən bəyliyini Zülqədərli elindən alaraq Ramazan bəyə verdi. 1354-cü ildə Ramazan bəy öldüyü ehtimal olunur.
Yusif Küseyir oğlu
Yusif Küseyir oğlu — Orta əsrlərdə Naxçıvan şəhərində yaşamış nüfuzlu dövlət və din xadimlərindən biri. == Haqqında == Onun haqqında məlumat verən ən dəqiq mənbə Naxçıvan şəhərində şərəfinə tikilmiş qəbirüstü türbədir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə hələ 2011-ci ildə "Şərq qapısı" qəzetində nəşr etdirdiyi "Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx" adlı məqaləsində Yusif Küseyir oğlu şəxsiyyəti ilə bağlı bir sıra məqamlara toxunmuşdur. Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsinin əsas fasadından sol tərəfdəki kitabə bu memarlıq abidəsinin bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikildiyinə işarə verir: "Bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvaninin əməlidir" Türbənin üzərindəki digər bir kitabədə isə yazılıb: "Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur." Bu yazılar Yusif ibn Küseyir şəxsiyyəti haqqında məlumat verən ən dəqiq faktlardır. Tədqiqatçılar qeyd edirlər ki, həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında–yəni miladi təqvimlə 1162-ci ildə tikildiyini bildirir. Təbii ki, türbə qəbirüstü dəfn olunan şəxsin vəfatından sonra inşa olunub. Bu məntiqdən çıxış edərək Yusif Küseyir oğlunun təqribən XII əsrin 50-ci illərində vəfat etdiyi qənaətinə gəlmək olar. Nəzərə alsaq ki, Atabəy Şəmsəddin Eldəniz Naxçıvan vilayətini 1136-cı ildə İraq Səlcuq Sultanı Məsudun Azərbaycan canişini Çavlanın ölümündən sonra öz torpaqlarına birləşdirib, Yusif ibn Küseyirin Atabəylər dövlətində təqribən 15 ilə yaxın bir müddətdə yüksək vəzifə tutduğunu söyləmək olar. Belə bir türbənin tikilməsi Yusif Küseyir oğlunun həqiqətən də böyük nüfuz sahibi olduğunu deməyə əsas verir. == Milli mənsubiyyəti == Bəs Yusif Küseyir oğlu milli mənsubiyyətcə kim olub?
Yusif Küseyir oğlu Türbəsi
Yusif ibn Küseyir türbəsi — Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan tarixi memarlıq abidəsidir. == Görünüşü == Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir. Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır.
Yusif ibn Küseyir türbəsi

Erşan Kuneri (serial, 2022)
Erşan Kuneri — "Netflix"də 2022-ci ildən yayımlanan komediya janrında türk internet serialı. Serialın məzmunu erotik film prodüseri Erşan Kunerinin 80-ci illərdə, o dövrə xas müxtəlif janrlarda filmlər çəkməsindən ibarətdir.