Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalkulyator
Kalkulyator — hesab əməliyyatları üçün istifadə olunur. == Elektron kalkulyator == Hesabın əsas əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan, kiçik portativ, adətən ucuz elektron cihazdır. Müasir kalkulyatorlar çox kompyuterlərdən daha portativ dirlər lakin PDAların çoxunun ölçüsün əl kalkulyatorlar ilə müqayisə etmək olar. == Stolüstü kalkulyator == 1964-cü ildə Sharp şirkəti tərəfindən element bazası tranzistor olan ilk stolüstü kalkulyator istehsal edilmişdir. == Etimologiya == Calculator latın sözü «hesabdar» sözündən, o isə calculo «sayıram» feildən yaranıb. O isə öz növbəsində calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi). == Tarixi == 1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın (Charles Xavier Thomas de Colmar) yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmışdır.
Leybnits kalkulyatoru
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır.1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.