Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirpikimilər
Kirpilər (lat. Erinaceidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi. == Xalq inamı == Yuxuda kirpi görmək, təhlükəli əlaqələrə baxmayaraq, sizi həyatda uğur gözləyir.Yuxuda əlinə kirpi götürmək həyatda pis insanla əlaqəyə işarədir. Ola bilsin, ailədaxili mübahisələr olsun. Əgər yuxuda əlinizə kirpi götürmüsünzsə və o sizə heç nə eləmirsə, siz yeni tanışınız barədə düzgün təəssüratalara malik deyilsiniz. Əgər o sizi sancırsa, bu o deməkdir ki, yaxın çevrənizdə sizə tələ quran insan var. Əgər yumaq kimi bükülmüş kirpi yuxunuza giribsə, siz problemdən qaçmağa çalışacaqsınız. Yuxu başlanmış işi sona çatdırmaq barədə xəbərdarlıq edir.
Arıkimilər
Arıkimilər (lat. Apoidea) — iynəlilər (lat. Aculeata) infradəstəsinin fəsiləüstü. Arıkimilər biogeosenozlarda gedən mürəkkəb bioloji proseslərdə, xüsusilə bitkilərin çarpaz tozlanmasında mühüm rol oynayan çoxsaylı və geniş yayılmış yerüstü onurğasızlardandır. Örtülütoxumlu bitkilər və həşəratlar Yer kürəsi landşaftlarının rəngarəngliyini müəyyən edən nəhəng simbiotik komplekslər təşkil edirlər. Onlara entomofil bitkilər olan qurunun bütün sahələrində rast gəlmək olur. Arıkimilər bütün çiçəkli bitkilərin: meyvə-giləmeyvə, bostan-tərəvəz, bir sıra texniki, yağlı, dərman və bəzək bitkilərinin tozlanmasında birbaşa iştirak edirlər. Xüsusilə arıkimilər yem bitkiləri əkinlərinin tozlanmasında böyük rol oynayırlar. Onlar digər tərəfdən çoxlu yabanı, o cümlədən yem və dərman bitkilərinin əsas tozlayıcılarıdır. Bir çox kənd təsərrüfatı bitkilərinin arıkimilərlə tozlanması aqrotexnikanın əsas elementlərindəndir.