Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keçəbaş (Urmiya)
Keçəbaş (fars. كچه باش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 401 nəfər yaşayır (119 ailə).
Keçəldağ
Keçəldağ (Qarabağ) — Azərbaycanda, Qarabağ yaylasında dağ. Keçəldağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Keçəldağ (Sarıqaya) — Azərbaycanda, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya yaşayış massivi ərazisində yerləşən təpə. Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Keçəldağ obsidian yatağı Keçəldağ — Abşeron yarımadasında palçıq vulkanı. Masazır gölündən qərbdə yerləşir. Hünd. 114 m. Keçəldağ — Ağdam rayonu ərazisində dağ; Keçəldağ — Gədəbəy rayonunda sıra dağlar. Keçəldağ — Gədəbəy rayonunun qərbində dağ.
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Keçəldağ (Qarabağ)
Keçəldağ — Azərbaycanda, Qarabağ yaylasında hündürlüyü 3,171 metr (10,404 ft) olan sönmüş vulkan konusudur. Üst Pliosenin vulkan suxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənlikləri, perlit yatağı var. Kəlbəcər rayonu ərazisindədir. == Coğrafi xüsusiyyətləri == Həkəri çayı hövzəsini və qismən də Tərtərçayın yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər, dağarası çökəkliklər səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir.
Keçəldağ (Sarıqaya)
Keçəldağ — Azərbaycanda, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya yaşayış massivi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 109 metrdir. Təpə Abşeron yarımadasının şimal hissəsində yerləşən ən hündür zirvələrdən biridir.
Keçəldağ (Şahbuz)
Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir.
Keçəldağ çayı
Keçəldağ çayı — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Keçəldağ çayı Qaraxac çayının sağ qoludur. Mənbəyini Keçəldağın yamacından (3080 m. yüksəklikdən) alan bu çay tipik dağ çayı olub, dar dərələrdən axır. Çay eyniadlı dağın adı ilə adlandırılmışdır. Keçəlçay kimi də qeydə alınmışdır.
Keçəldağ obsidian yatağ
Keçəldağ obsidian yatağı — İstisu kurortundan 15 km şimal-şərqdə Keçəldağ dağının zirvəsində yerləşən yataq.Yataq 1957-ci ildə M. S. İsmayılov tərəfindən betonun yüngül doldurulması, 1965-1967-ci illərdə E.M.Mütəllibov, 1971-ci ildə M.D.Bayramov, M.A.Hüseyinov, 1963-1974-cü illərdə M.Ç.Nağıyev və V.G.Ramazanov, 1977-ci illərdə S.Y.Rüstəmov və V.D.Osadçi tərəfindən isə təraşlanmaq və məmulat daşı kimi öyrənilmişdir. Yatağın sahəsi 0,15 km2-dir. Geoloji quruluşunda pliosen yaşlı andezit lavaları iştirak edir. Obsidianın həcmdə çəkisi 2,28-2,29 q/sm3, qabarması 0,39-0,45 q/sm3, məsaməlik 0,4-1,3 %-dir. Yataqda obsidian az miqdarda kristallaşmış şüşə ilə təmasda olub, onun tərkibində həmçinin filiz minerallarının mikrofenkristalları iştirak edir. Vitrofir strukturludur. Teksturası zolaqlıdır. Qalınlığı 7 mm. olan obsidian lövhələri emal zamanı bütövlüyünü saxlayır. Qalınlığı 8 mm.-ə qədər olan lövhələrdən işıq keçir.
Keçəldağ obsidian yatağı
Keçəldağ obsidian yatağı — İstisu kurortundan 15 km şimal-şərqdə Keçəldağ dağının zirvəsində yerləşən yataq.Yataq 1957-ci ildə M. S. İsmayılov tərəfindən betonun yüngül doldurulması, 1965-1967-ci illərdə E.M.Mütəllibov, 1971-ci ildə M.D.Bayramov, M.A.Hüseyinov, 1963-1974-cü illərdə M.Ç.Nağıyev və V.G.Ramazanov, 1977-ci illərdə S.Y.Rüstəmov və V.D.Osadçi tərəfindən isə təraşlanmaq və məmulat daşı kimi öyrənilmişdir. Yatağın sahəsi 0,15 km2-dir. Geoloji quruluşunda pliosen yaşlı andezit lavaları iştirak edir. Obsidianın həcmdə çəkisi 2,28-2,29 q/sm3, qabarması 0,39-0,45 q/sm3, məsaməlik 0,4-1,3 %-dir. Yataqda obsidian az miqdarda kristallaşmış şüşə ilə təmasda olub, onun tərkibində həmçinin filiz minerallarının mikrofenkristalları iştirak edir. Vitrofir strukturludur. Teksturası zolaqlıdır. Qalınlığı 7 mm. olan obsidian lövhələri emal zamanı bütövlüyünü saxlayır. Qalınlığı 8 mm.-ə qədər olan lövhələrdən işıq keçir.
Keçəldağ palçıq vulkanı
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir. 2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı. Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur.