Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəsislik
Xəsislik - insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. == Hazırlanma qaydası == Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Birinci beşillik plan (SSRİ)
Birinci Beşillik Plan (I пятилетний план, первая пятилетка) — 1928–1932-ci illər arasında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin dövründə əldə edilmiş iqtisadi hədəflərin siyahısı. Plan Sovet İttifaqının iqtisadiyyatında tək ölkədə Sosializm nəzəriyyəsinə uyğun olaraq, sıçrayış etmək məqsədi daşıyırdı.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. == Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu == Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. == İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar == === Neft sənayesinin inkişafı === Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik halMüəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur.
Geoloji kəsiliş
Geoloji kəsiliş - süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. == Azərbaycanda == === Paleontoloji və stratiqrafik nadir geoloji obyektlər === === Geotektonik nadir geoloji obyektlər === === Mineraloji-petroqrafik nadir geoloji obyektlər === === Geomorfoloji nadir geoloji obyektlər === === Hidrosferin nadir geoloji obyektləri === == Həmçinin bax == Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.