Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayram Niyazi Kiçikxanlı
Bayram Niyazi Kiçikxanlı (1889, Faldarlı, Zaqatala dairəsi – 1922, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi və ya baş katibinin müavini, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Zaqatala Milli Şurasının katibi, Əhrar Partiyasının üzvü. == Həyatı == Bayram Niyazi Kiçikxanlı 1889-cu ildə Zaqatala dairəsinin Faldarlı kəndində anadan olmuşdur. O, Orenburq seminariyasını bitirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == === Parlamentdə === 15 dekabr 1918-ci ildə Zaqatala dairəsindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 16 yanvar 1919-cu ildə təsdiqlənmişdir. Bayram Niyazi Kiçikxanlı parlamentdə Əhrar fraksiyasının üzvü idi. O, parlamentin fəhlə komissiyasının və mərkəzi seçki komissiyasının üzvü olmuşdur. Lakin parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında Bayram Niyazi Kiçikxanlı bir ay yarımlıq məzuniyyətlə Zaqatalaya getdiyi üçün mərkəzi seçki komissiyası üzvlüyündən istefa verdi. Parlamentin 8 yanvar 1919 tarixli iclasında sədrə yeni 2 katib müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bu 2 müavindən birinin Əhrardan, digərinin isə milli azlıqlar fraksiyasından seçilməsini təklif etmişdir. Milli azlıqlar fraksiyasından Moisey Quxman namizəd verməyəcəklərini elan etmişdir.