Bayram Niyazi Kiçikxanlı

Bayram Niyazi Kiçikxanlı (1889, Faldarlı, Zaqatala dairəsi1922, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi və ya baş katibinin müavini, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Zaqatala Milli Şurasının katibi, Əhrar Partiyasının üzvü.[1]

Bayram Niyazi Kiçikxanlı
bayraq
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi və ya baş katibinin müavini
bayraq2
12 yanvar 1920 – 27 aprel 1920
ƏvvəlkiBayram Niyazi Kiçikxanlı (özü)
Sonrakıvəzifə ləğv olundu
16 yanvar 1919 – 12 yanvar 1920
Əvvəlkivəzifə təsis olundu
SonrakıBayram Niyazi Kiçikxanlı (özü)
15 dekabr 1919 – 27 aprel 1920
FraksiyaƏhrar fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 1922
Vəfat yeri
Partiya

Bayram Niyazi Kiçikxanlı 1889-cu ildə Zaqatala dairəsinin Faldarlı kəndində anadan olmuşdur.[2] O, Orenburq seminariyasını bitirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlamışdır.[3]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Azərbaycan parlamentinin üzvü Bayram Niyazi Kiçikxanlınınvəsiqəsi. 1918-ci il. Ərəb hərfləriylə Azərbaycan dilində yazılıb: "Şəhadətnamə. Kiçikxanlı Bayram Niyazinin Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan əzasından olduğu təsdiq edilir. Məclisi-Məbusan rəisi doktor Ağayev."

15 dekabr 1918-ci ildə Zaqatala dairəsindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 16 yanvar 1919-cu ildə təsdiqlənmişdir. Bayram Niyazi Kiçikxanlı parlamentdə Əhrar fraksiyasının üzvü idi.[3] O, parlamentin fəhlə komissiyasının və mərkəzi seçki komissiyasının üzvü olmuşdur. Lakin parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında Bayram Niyazi Kiçikxanlı bir ay yarımlıq məzuniyyətlə Zaqatalaya getdiyi üçün mərkəzi seçki komissiyası üzvlüyündən istefa verdi.

Parlamentin 8 yanvar 1919 tarixli iclasında sədrə yeni 2 katib müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bu 2 müavindən birinin Əhrardan, digərinin isə milli azlıqlar fraksiyasından seçilməsini təklif etmişdir. Milli azlıqlar fraksiyasından Moisey Quxman namizəd verməyəcəklərini elan etmişdir. Məhəmməd Əmin Rəsulzadə daha sonra namizədin bitərəflər fraksiyasından olmasını təklif etmişdir. Bitərəflər fraksiyası da etiraz etdikdən sonra, Şəfi bəy Rüstəmbəyov müsavat və bitərəflər fraksiyasının namizəd göstərəcəyini elan etmiş və bu qərara etiraz edən olmamışdır. Səsvermədə Əhrar adından Bayram Niyazi Kiçikxanlı, müsavat və bitərəflər fraksiyası adından isə Mehdi bəy Hacınski katib seçilmişdir.

25 yanvar 1919-cu ildə parlamentin sayca doqquzuncu iclasında komissiya tərəfindən baxılmış olan "Ədəmi-ictimai" qanunu Məhəmməd Əmin Rəsulzadənin müdafiəsinin ardından yekdilliklə qəbul edilir. Qanunun qəbulundan sonra parlamentin 4 fevral 1919-cu il tarixli sayca on ikinci iclasında Vladimir Ollonqren, Abdulla Qəbulzadə, Bəhram bəy Vəzirov, Bayram Niyazi Kiçikxanlı, Əli bəy Zizikski, Hacı Hüseyn ƏfəndiyevRəşid bəy Axundzadə hökumət qulluğundan istefa verərək, parlament üzvlüyünü qəbul etdilər.

Parlamentin 12 yanvar 1920 tarixli sayca yüz on altıncı iclasında 29 dekabr 1919-cu il tarixində baş katib seçilən Mehdi bəy Hacınski baş katiblikdən istefa verdiyini elan edir. Elə həmin iclasda Rəyasət Heyətinə seçkilər keçirilir. Sultan Məcid Qənizadə 27 vərəqə ilə sədrin ikinci müavini, Mehdi bəy Hacınski 31 vərəqə və Bayram Niyazi Kiçikxanlı 27 vərəqə ilə katiblik (baş katibin müavini) postuna namizəd göstərildi. Səsvermə nəticəsində Sultan Məcid Qənizadənin lehinə 42 ağ şar, əleyhinə 14 qara şar; Bayram Niyazi Kiçikxanlının lehinə 54 ağ şar, əleyhinə 1 qara şar; Mehdi bəy Hacınskinin lehinə 54 ağ şar, əleyhinə 14 qara şar istifadə olundu. Nəticədə hər biri namizəd göstərildiyi vəzifəyə seçildi.[4]

Zaqatala Milli Şurasında

[redaktə | mənbəni redaktə et]

28 iyun 1918-ci ildə Zaqatala Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə muxtar ərazi olaraq onun subyekti olmaq istədikləri barədə teleqraf göndərir. 2 gün sonra, 30 iyun 1918-ci il tarixində II Xoyski hökuməti Zaqatala dairəsinin özünün ərazi subyekti olduğunu elan edir. Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsini Zaqatala Milli Şurası belə izah edirdi:[1]

" Bölgənin müsəlman əhalisinin 95% olması Zaqatala okruqunun Gürcüstana birləşməsinn qarşısındakı əsas maneədir. Dağıstana gəldikdə bura ilə aramızda keçilməyən dağlar var. Zaqatala okruqu, mədəniyyət, iqtisadiyyat, həyat tərzi, din, sənaye və dil baxımından eyni mənşəli Azərbaycanla daha yaxındır. Bizim üçün sənaye malları və materialları yalnız Azərbaycandan əldə edilə bilər. Buna görə də, Azərbaycanla birləşmə Zaqatala okruqu əhalisinin məqsədləri və üstünlüklərinə cavab verirdi. Bütün bunlar da Okruq Milli Şurası tərəfindən nəzərə alındı. Bölgəmizlə mərkəz arasındakı əlaqəni möhkəmləndirmək üçün Zaqatala rayon mərkəzini Yelizavetpol şəhərinə bir avtomobil yolu və ya dəmir yolu ilə birləşdirmək istəyirik.
Zaqatala Milli Şurasının sədri Nurula Qazızadə və katibi Bayram Niyazi Kiçikxanov
"

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bayram Niyazi Kiçikxanlı Əhrar Partiyasının üzvü idi.

  1. 1 2 "Azərbaycan Parlamentinin tərkibi (1919-1920)". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
  2. Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 53. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  3. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 87. ISBN 9952-417-44-4.
  4. Uğur. "Parlament". anl.az. Xalq Cəbhəsi qəzeti. 13.02.2013. 27.06.21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.06.21.
  1. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  4. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.