Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirkid
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Baphia kirkii
Baphia kirkii (lat. Baphia kirkii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin baphia cinsinə aid bitki növü.
Bidens kirkii
Bidens kirkii (lat. Bidens kirkii) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Airmid
Airmid və ya Airmid — İrlandiya mifologiyasında şəfa ilahəsi, şəfa ilahı Dian Kextin qızı. O, möcüzəvi bir mənbənin köməyi ilə formorlarla döyüş zamanı əsgərlərə həyat və güc vermişdir.Dian Kext, Oxtriullax və Miax ilə birlikdə Airmed tilsimləri Sleyn quyusunda ölüləri diriltməyi bacaran sehrbazlardan biri idi.
Kirjim
Kirjim — yastıdibli gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Ağac materialından hazırlanan kiçik həcmli bu nəqliyyat vasitəsi ən çox Xəzər dənizində işlədilmişdir. Kirjimdən əsasən dənizin dayaz yerlərində limana yan ala bilməyən gəmilərin yükünü sahilə daşımaq üçün istifadə edilirdi. Bu nəqliyyat vasitəsi də avarla və ya yelkənlə hərəkətə gətirilirdi. Bəzən kirjimlə uzaq səfərlərə də çıxırdılar. Arxiv sənədləri göstərir ki, hələ XVIII əsrin ikinci yarısında kirjim və sandal inşa etmək üçün Bakıda gəmi tərsanəsi olmuşdur. Azərbaycanda bəzi nəqliyyat vasitələrindən hərbi məqsədlər üçün də istifadə edilmişdir. Rusiya-İran müharibəsi illərində (1826-1828-ci illər) Təbriz istiqamətində hərəkət edən çar ordusu üçün lazımi ərzaq və digər yükləri Azərbaycan kəndlərindən balıqçılar kirjimlə Kür çayı vasitəsilə Zərdaba qədər daşımışlar.
Kerki
Atamurad — Türkmənistan Respublikasının Lebap vilayətində etrap tabeli şəhər, Atamurad etrapının inzibati mərkəzi.
Kilid
Qıfıl; otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Kirpi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri. 1990-cı ilin yanvarında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib.
Ceyn Birkin
Ceyn Birkin(ing. Jane Mallory Birkin; 14 dekabr 1946[…], London, Birləşmiş Krallıq – 16 iyul 2023[…], Parisin 6-cı rayonu[d], Paris, Fransa[…]) —ingilis-fransız əsilli aktrisa. == Həyatı == Ceyn Birkin 14 dekabr 1946-cı ildə London şəhərində anadan olub. Atası hərbçi Devid Birkin, anası aktrisa Cudi Kempell idi. Onun Endri Birkin adlı bir qardaşı da vardı. Sonradan o da həyatını kinoya bağladı. Bir neçə tanınmış filmin rejissorudur. Ceyn Birkin 17 yaşından anasının yolu ilə getmək fikrinə düşdü. Məşqlərə yazıldı və rol aldı. == Filmoqrafiya == 1968 — Hovuz / La Piscine — Penelopa, Harrinin qızı 1978 — Nildə ölüm—Luiza Burje 2010 — Telma, Luiza və Şantal / Thelma, Louise et Chantal == Diskoqrafiya == Studiya albomları 1969 — Je t’aime… moi non plus with Serge Gainsbourg 1971 — Serge Gainsbourg — Histoire de Melody Nelson 1973 — Di doo dah 1975 — Lolita go home 1978 — Ex fan des sixties 1983 — Baby alone in Babylone 1987 — Lost song 1990 — Amours des feintes 1996 — Versions Jane 1998 — Best Of 1999 — À La Légère 2004 — Rendez-Vous 2006 — Fictions 2008 — Enfants d’HiverKonsert albomları 1987 — Jane Birkin au Bataclan 1992 — Integral au Casino de Paris 1996 — Integral a l’Olympia 2002 — Arabesque 2009 — au palace (live) == Xarici keçidlər == Vikianbarda Ceyn Birkin ilə əlaqəli mediafayllar var.
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi - Olimpiya çempionları - Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). == Bioqrafiyası == 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951-52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952-56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Kirkor Zohrab
Kirkor Zöhrab Əfəndi (Գրիգոր Զոհրապ; 26 iyun 1861[…], Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 2 avqust 1915, Şanlıurfa, Şanlıurfa ili, Osmanlı imperiyası), Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas. Erməni Krımının başlanğıcında İstanbulda Osmanlı hökuməti tərəfindən həbs edilmiş və mühakimə olunmaq üçün Diyarbəkirdəki hərbi məhkəməyə göndərilmişdir. Səfər əsnasında 15–20 iyul 1915-ci ildə Urfa yaxınlığındakı Karaköprüdə Çerkez Əhməd, Xəlil və Nazım başda olmaqla bir qrup quldur tərəfindən öldürüldü. == Həyat == 26 iyun 1861 ilində İstanbulun Beşiktaş səmtində anadan olub. İbtidai məktəbə 1867-ci ildə mahalın Makruhyan erməni məktəbində başlayıb. 1870-ci ildə atasının ölümü və anasının yenidən evlənməsindən sonra Ortaköy mahalına köçdü və burada Tarkmançats Erməni Məktəbində oxudu.1873-cü ildə Tarkmançats məktəbi maliyyə çətinliklərinə görə bağlandıqda, o, Katolik Lusaroviç Məktəbinə keçdi. 1876-cı ildə Qalatasaray Mekteb-i Sultani Mühəndislik Bölməsinə daxil oldu. İlk məqalələri 1878-ci ildə Ermənistanın Lrakir Qəzetində dərc olunub. 1879-cu ildə inşaat mühəndisi diplomu ilə bitirdi. 1880-ci ildə ögey atası vəkil Avedis Yordamyanın ofisində ona kömək etməyə başladı və Qalatasaray Sultanisi Hüquq Fakültəsinə daxil oldu.
Mərkid (Heris)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 614 nəfər yaşayır (132 ailə).
Mərkid (Mərənd)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,735 nəfər yaşayır (701 ailə).
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı.
Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == CinsKirkianella cinsiNövSclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Adi kirpi
Adi kirpi (lat. Erinaceus europaeus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Avropa, Kiçik Asiya, Qərbi Sibir, Qazaxıstanın şimal-qərbi, Amur vilayəti, Çinin şimalı və şimal şərqində geniş yayılmışdır. == Xarici görünüşü == Adi kirpinin bədəninin uzunluğu 20–30 sm, quyruğu isə 3 sm-ə qədər, kütləsi isə 700–800 q-dır.
Ağdöş kirpi
Adi kirpilər cinsi (lat. Erinaceus)-Orta ölcülüdür. İri başında iynələr “yivlə” iki hissəyə bolünmüşdür. Onlar səthi hamardır. Rəngi qonurumtul və açıq zolaqların növbələnməsindən ibarətdir. İrəli qatlanmış qulağı başın uzunluğunun yarısından qısadır.Cinsin arealı Avropa, Asiya və Afrikada geniş əraziləri əhatə edir. 40 qədər növü var. Qafqazda yalnız bir növü yaşayır. == Xarici görünüşü == Kütləsi 426-1305 q, bədəninin uzunluğu 200-352, quyruğu 20 -41, pəncəsi 35-47.9 mm olan iri heyvanlardır. İynəli zirehinin rəngi çox muxtəlif olub açıq bozdan qara qonura qədər dəyişir.
Kiril Petkov
Kiril Petkov Petkov (bolq. Кирил Петков Петков; 17 aprel 1980, Plovdiv) — bolqar siyasətçi, iqtisadçı və sahibkar, 13 dekabr 2021-ci ildən etibarən Bolqarıstanın Baş naziri. == Həyatı == Petkov 17 aprel 1980-ci ildə Plovdivdə anadan olub. O, Vankuverdəki Britaniya Kolumbiyası Universitetində maliyyə üzrə ticari bakalavr dərəcəsinə və öz sinfinin ən yaxşı 10%-də yer aldığı Harvard Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir. Onun mühazirəçilərindən biri klaster strategiyalarının işlənib hazırlanmasında ixtisaslaşdığı Maykl Porter idi. Petkov Harvard Universitetinə bağlı Sofiya Universitetində İqtisadi Strategiyalar və Rəqabət Qabiliyyətlilik Mərkəzinin təsisçilərindən biridir və burada iqtisadi inkişaf və rəqabətqabiliyyətliliyin mikroiqtisadiyyatından dərslər keçib. == Biznes fəaliyyəti == 2001–2005-ci illərdə Petkov Kanadanın "McCain Foods" qida şirkətində korporativ inkişaf meneceri vəzifəsində çalışıb. 2007-ci ildən o, yüksək əlavə dəyərli innovasiyalar sahəsində layihələr hazırlayır və onun "ProViotik" şirkəti ABŞ-da biotexnologiya sahəsində bir neçə patentə malikdir. == Siyasi fəaliyyəti == === İqtisadiyyat Naziri fəaliyyəti === 2021-ci il mayın 12-dən sentyabrın 16-dək Stefan Yanevin müvəqqəti hökumətində İqtisadiyyat Naziri vəzifəsində çalışıb. Petkov nazir kimi ilk televiziya çıxışında dövlətin nəzarətində olan və kiçik və orta sahibkarlığı dəstəklədiyi iddia edilən Bolqarıstan İnkişaf Bankının dörd iş adamına məxsus səkkiz şirkətə 500 milyon avro kredit payladığını açıqlayıb.
Kiril Pozdnyakov
Kiril Pozdnyakov (20 yanvar 1989) — Azərbaycanlı peşəkar velosiped yarışçısı. 2015-ci ilin noyabr ayında Sinerji Bakı klubu 2016-cı il mövsümündə Pozdnyakovun onlara qoşulacağını açıqlamışdır. Pozdnyakov peşəkar karyerasında debütünü 2013-cü ildə həmin klubun komandasında etmişdir. O, 2017-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını qəbul etmişdir.
Kiril Skaçkov
Kiril Skaçkov (6 avqust 1987) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kiril Skaçkov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Kiril qrafikası
Kiril qrafikası, köhnə mənbələrdə Kirill (azərb-kiril. Кирилл) — bir çox dillərin əlifbalarının qrafiki təsviri. Kiril əlifbası aşağıdakı slavyan dillərində istifadə olunur: belarus dili bolqar dili makedon dili rusin dili rus dili serb dili ukrayna dili çernoqor diliBu əlifba həmçinin keçmiş Sovet İttifaqında 100-dən artıq xalqın əlifbasının tərtib olunmasında istifadə edilmişdir. Hazırda Rusiyada yaşayan əksər xalqlar və müstəqillik qazanmış bəzi keçmiş Sovet respublikaları bu əlifbadan istifadə etməkdədirlər. Həmin ölkələr aşağıdakılardır: Qazaxıstan Qırğızıstan Moldova Tacikistan == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osm. قريم, Qırım) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. == Tarixi == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.