Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koaksial kabel
Koaksial və ya qısaca "koaks" kabel, (ing. Coaxial cable) əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunan kabel növü. == Təsviri == Koaksial kabel mərkəzdə ötürən sim, kabelin çölündə bir plastik təbəqə, onun üstündə tor şəklində qoruma teli, ən çölündə yumşaq rezin çöl örtük olan bir kabel növüdür. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itkiyə məruz qala bilər. Şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır.
Kakşaal-Too
Kakşaal-Too və ya Kakşaltau (qırğ. Какшаал-Тоо) — Mərkəzi Tyanşan dağ sistemində, Qırğızıstan və Çin sərhədində dağ silsiləsi. Silsilənin uzunluğu təxminən 400 km, ən yüksək nöqtəsi Pobeda zirvəsidir (7,439 m). Ümumi buzlaşma sahəsi 983 km2 olan Alp relyefi üstünlük təşkil edir. Şimal yamacında çöllər, cənub yamacında çəmənliklər və alp çəmənləri var. == Tədqiqat tarixi == Rusiyanın Mərkəzi Asiyaya marağının artması ilə əlaqədar 1856-cı ildən başlayaraq oraya ekspedisiyalar getməyə başlamışdır. İlk ekspedisiyalara Pyotr Semyonov rəhbərlik etmişdir. Qərbi Kakşaal-Too regionu ilk dəfə 1869-cu ildə Narın çayının cənubundakı dağlıq regionu tədqiq edən ekspedisiyaya rəhbərlik edən Rusiya coğrafiyaçısı Aleksandr Kaulbars tərəfindən təsvir edilmişdir.
Burcu Köksal
Burcu Köksal (1 yanvar 1980, Afyonkarahisar) — hüqüqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırış deputatı. == Həyatı == Burcu Köksal 18 yanvar 1980-ci ildə Afyonqarahisar ilində anadan olub. 2002-ci ildə İstanbul Universiteti Hüquq bölməsindən məzun olub. 2004-cü ildə Afyonqarahisar ilində hüquqşünas olaraq peşə fəaliyyətini davam edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2007-ci ildə CHP Afyonqarahisar il qadın qanadının sədri seçilib. İyun 2015 və noyabr 2015-ci illərdə Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2018-ci il parlament seçimlərindən əvvəl İYİ Partiyanın TBMM-də qrupunun qurulması üçün 14 CHP-li deputatla birgə İYİ Partiyaya üzv olub. 10 may 2018-ci ildə CHP-yə geri dönüb. 2018 və 2023-cü illərdə də Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.