Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kasklar
Kasklar və ya kaşklar (het mətnlərində "Gašga", "Kašga", "Kaška"; II Ramzesin kitabələrində "Kškš"; Assuriya mənbələrində "māt Kašku"; Uqarit mənbələrində "ktk") — e.ə. II minilliyin əvvəlləri ilə e.ə. VIII əsr arasındakı bir dövrdə Anadoluda, Pont regionunun şərqində yaşamış, təsnif edilməmiş kask dilində danışmış qeyri-Hind-Avropa mənşəli yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur. Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olması III Xattusili və IV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir. Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklar Assuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar və kimmerlərin istilası nəticəsində məhv olmuşdular. == Tarixi == === Mənşəyi === Kaskların əslən yerli Anadolu xalqı olub-olmadığı bilinmir.
Konklav
Konklav (lat. conclave - bağlı, kilidli otaq) — Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı. Yığıncaq xarici aləmdən tamamilə təcrid olunmuş qapalı otaqda keçirilir. Seçkilər gizli səsvermə yolu ilə baş tutur. Seçilmək üçün yeni papaya səslərin 2/3 çoxunu toplamaq lazım gəlir. Otaq yalnız papa seçildikdən sonra açılır. Konklavın hazırda qüvvədə olan keçirilmə qaydaları 1274-cü ildə II Lion kilsə məclisində qəbul edilib.
Kosalar
AzərbaycanKosalar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd.İran‎Kosalar (İcrud) Kosalar (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Kırklar
Lokrlar
Lokrlar — Qədim Yunanıstanın mərkəzi hissəsində yerləşən Lokrida vilayətində məskunlaşmış tayfa.
Monklar
Monklar (Averon)
Kornlar
Kornlar, korntslar və ya kornuollular (korn Kernowyon, anqlosaks. Cornƿīelisċ, ing. Cornish)— Kornuollda tarixən məskunlaşmış xalq, Birləşmiş Krallıqda tanınmış milli azlıq. Kornuoll sakinləri özlərini ingilislərdən ayırırlar, lakin Birləşmiş Krallığın digər kelt bölgələrinin sakinləri, ilk növbədə Uels, eləcə də Avropanın kelt xalqları ilə çox oxşar cəhətlərə malikdirlər. Bəzi mütəxəssislərə görə, kornlar Böyük Britaniyanın ayrı etnik qrupudur, Roma işğalından əvvəl adanın cənub və mərkəzi bölgələrində məskunlaşmış qədim britlərdəndir.
Kolxlar
Kolxidalılar (gürc. კოლხები) və ya kolxlar — yunan-Roma müəllifləri tərəfindən qədim Kolxida sakinləri üçün istifadə edilən termin. Qədim kolxidalılar müasir meqrel-lazlar kimi müəyyən edilir. Eradan əvvəl VI–I əsrlərdə mövcud olmuş Kolxida çarlığı ilk erkən gürcü dövləti hesab olunur. Kolxidalı termini Qara dənizin qərb sahillərində məskunlaşmış erkən kartveldilli tayfalar üçün ümumi termin kimi istifadə edilmişdir.Yunan salnamələrinə görə, qədim zamanlarda Kolxida və Qafqaz İberiyasında gürcü dili danışılırdı. Qafqazşünas alim Kirill Tumanovun fikrinə görə, "Kolxida yeni gələnlərin birləşməsinə nail olan ilk Qafqaz dövləti kimi müşahidə edilir. Kolxidanı haqlı olaraq protogürcü yox, Qərbi Gürcüstan (meqrel-lazlar) çarlığı hesab etmək olar. Gürcüstan ictimai tarixinin başlanğıcını ən erkən gürcü formalaşması olan Kolxidada axtarmaq təbii görünür".
Kodlar
== Kodlar == Kodlar - Rəqəmsal elektronikada edilən işləri asanlaşdırmaq , səhv nisbətini azaltmaq və məlumat ötürülməsi təmin etmək məqsədiylə istifadə edilər. BCD Kodu Excess -3 Kodu BIQUANIRY (ikili - beşli ) Kodu GRAY Kodu pi1arity Kodu Oktal Kodu Hexadesimal Kodu === BCD Kodu === Onluq say sistemindəki bir ədədin hər bir pilləsinin 4-bit ikili ədəd sistemi ilə ifadə edilməsindən yaradılan koddur. Desimal 0 1 2 3 4 5 6 7 8 9 BCD 0000 0001 0010 0011 0100 0101 0110 0111 1000 1001 NÜMUNƏ : ( 263 ) 10 sayını BCD kodu ilə ifadə edin ? ? ( 263 ) 10 ? ? 0010 0110 0011 ? ? (263) 10 = (001001100011) BCD ? ?
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Kosalar (Ağdam)
Kosalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd.Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Kosalar (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur.Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur. Kosalar adına Qazax rayonunda, Lənkəran rayonunda, Şamaxı rayonunda, Ağdam rayonunda, Xocalı rayonunda, Lerik rayonunda, Naxçıvan Muxtar Respublikasında, hətta Gürcüstan Respublikasının ərazisində rast gəlinir.
Kosalar (Lənkəran)
Kosalar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 271 nəfər əhali yaşayırdı. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Kosalar (Qazax)
Kosalar — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin tarixi haqqında dəqiq məlumat verən mənbə hələ ki yoxdur. Onun tarixi diqqətlə və elmi şəkildə araşdırılmamışdır. Bir neçə fərziyyələr mövcuddur. Kəndin yaşlı və ağsaqqlarının dediyinə görə bu kənd Kosa Əli və onun kiçik qardaşı Canəli tərəfindən salınıb. Ona görə bu kənd hazırda Kosalar, yəni Kosa Alılar, qonşu kiçik kənd isə Canallı (Yəni Canəlidən törəyənlər) adlanır. Hazırda bu iki kəndin evləri tamamilə birləşmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş kosalar nəslinin adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Qazax rayonundan 5 kilometr şimal-şərqdə, Qazax-Tiflis yolunun şərq tərəfində yerləşir.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. == Tarixi == Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır.Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi. 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri 4 istiqamətdən Kosalara hücuma keçdi. Canhəsən kəndində 6 postumuzu düşmən qüvvələri mühasirəyə almışdı.
Kosalar (Xudafərin)
Kosalar (fars. كوسالار‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (31 ailə).
Kosalar (İcrud)
Kosalar (fars. كوسه لر‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 634 nəfər yaşayır (126 ailə).
Kosalar (Əhər)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (26 ailə).
Kosalar bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Monklar (Averon)
Monklar (fr. və oks. Montclar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Senen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12149. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 149 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 82 nəfər (15-64 yaş) arasında 60 nəfər iqtisadi fəal, 22 hərəkətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 64,7%) olmuşdur.
Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; d. 10 fevral 1917, Adana, Osmanlı İmperiyası – ö. 14 avqust 1983, Rreşen, Albaniya) — Alban yazıçı. Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir. == Həyatı == 10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür.
Kiçik Kovlar
Kiçik Kovlar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Kosalar (Qoşaçay)
Aşağı Kosalar (fars. كوسه لرسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 501 nəfər yaşayır (125 ailə).
Yuxarı Kosalar (Qoşaçay)
Yuxarı Kosalar (fars. كوسه لرعليا‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 469 nəfər yaşayır (131 ailə).
Kökpar
Kökpar və ya Kokpar — Türk və Orta Asiya xalq kültüründə atla oynanan oyun növüdür. Kökper, Kökborü olaraq da səsləndirilir. Buna paralel olaraq, Oğlaktartıs (Ulaktartış), Olakkaptı (Ulakgaptı) və ya Buzkaşı (Bozkaçı) ifadələrindən də istifadə edilir. Kokpar Serke olaraq da bilinir. Serke dirək deməkdir və ortadakı bayrağı ifadə edir. == Haqqında == Geniş düzlükdə komandalar halında və ya fərdi olaraq oynanılırş Kökpara hər atla qatılmaq olmur. Zərbələrə və sirkələnməyə hazırlanmış, təlim keçilmiş və əzələli atlar olmalı lazımdır. Buzkaçı sözü buz (buzov) və qaçırmaq felindən törəyərək tacik dilinə keçmişdir. Buzkaşı adı ilə də bilinən bu oyun, əslində Orta Asiyada bir çox bölgədə bilinən və oynanan qədim türk oyunudur. Əfqanlar isə bu oyuna Vuzloba, çərkəzlər isə Hüezeha deyirlər.
Kvadrat köklər
Kvadrat kökləri a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Bir çox hallarda x {\displaystyle \!x} və a {\displaystyle \!a} kimi rəqəmlər başa düşülür. Bəzən riyazi obyektlər, məsələn, matrisa və operatorlar kimi də ola bilərlər. Müsbət və ya mənfi a dan alınan kvadrata kvadratkök deyilir.Hesabi kvadrat kök isə yalnız müsbət adan alınan kökə deyilir.Mənfi kökün mənası yoxdur.