Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kollüvium
Kollüvium (kollüvial çöküntülər) (lat. colluvio-yığım) - ağırlıq qüvvəsinin təsiri ilə yamac üzrə aşağıya doğru yerini dəyişib toplanmış aşınma məhsulları. Qırıntı materialı yamacda və şleyf şəklində yamac ətəyində toplanır. Kollüvium tipik nümunəsi dağ yamaclarında geniş yayılmış qaymalı və çınqıl-qaymalı müasir töküntülərdır. Qazıntı halında da rast gəlinir. Amerika ədəbiyyatında kollüvium daha geniş mənada başa düşülür və buraya delüvium da aid edilir. == Həmçinin bax == Ağırlıq qüvvəsi Yamac Delüvium == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kollokvium
Kollokvium (lat. colloquium — danşıq, söhbət) — təhsil sistemində, əsasən ali məktəblərdə tələbə biliklərinin yoxlanılması və qiymətləndirilməsi forması. Bir qayda olaraq, əsas imtahana təqdim ediləcək mövzuların siyahısını azaltmaq və tələbələrin hazırkı bilik səviyyəsini qiymətləndirmək məqsədi ilə keçirilən mini imtahandır. == Kollokviumun keçirilməsi == Kollokviumlar akademik təqvimə uyğun olaraq hər semestrdə 2-3 dəfə təşkil olunur. Hər kollokvium 10 bal ilə qiymətləndirilir. Seminar ballarının orta qiyməti sonuncu kollokvium qiyməti kimi də qəbul edilə bilər. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.) olmalıdır. Əks təqdirdə tələbə seminara ayrılmış balı toplamamış hesab olunur. Kollokviumda iştirak etməyən tələbəyə 0 bal yazılır.Kollokvium zamanı tələbələrin layihələri, referatları və digər yazılı işləri də yoxlanıla bilər. Kollokviumda əldə edilən qiymətləndirmə əsas imtahanın qiymətləndirilməsinə təsir edə bilər (müxtəlif universitetlərdə bu üzrə fərqli qaydalar var).