Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almacıq sümüyü
Almacıq sümüyü (лат. lat. os zygomaticum) — kəllənin üz şöbəsinə aid cüt sümüklərdəndir. Almacıq sümüyü alın, gicgah sümükləri ilə müvafiq çıxıntıları ilə, əsas sümüyün böyük qanadı ilə və əng sümüyü ilə birləşir. Almacıq sümüyünün gicgah sümüyünə aid almacıq çıxıntısı ilə birləşməsindən almacıq qövsü meydana gəlir.
Ovacıq döyüşü
Ovacıq və ya Təkiryaylağı döyüşü— Nurəli Xəlifə komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığı altındakı Osmanlı ordusu arasında baş vermiş döyüşdür. Döyüş nəticəsində Səfəvi ordusu məğlub olmaqla birlikdə, Nurəli Xəlifə həyatını itirmişdir. == Arxa plan == 1512-ci ildə Şərqi Anadoludakı müxtəlif türk və qeyri-sünni tayfalar Səfəvilər lehinə Osmanlı hakimiyyətinə qarşı üsyana başladılar. Üsyanın mərkəzi Çəmişgəzək olmaqla birlkdə, Tokata qədər ciddi toqquşmalara və qırğınlara səbəb oldu. Üsyanı yatırmaq üçün Sinan Paşa komandanlığı altında bölgəyə Osmanlı ordusu göndərilsə də, bu ordu qızılbaşlar tərəfindən ağır məğlubiyyətə uğradıldı.Bu üsyan başlayan zaman Səlim şahzadə idi və baş verənləri diqqətlə izləməkdəydi. Sonradan taxt uğrunda mübarizədə qalib gələrək atasını hakimiyyətdən devirməyi bacardı və ordusunu hazırlayaraq Səfəvilər üzərinə yürüşünə hazırlaşdı.Bu səfərin böyük döyüşü olan Çaldıran döyüşündə qələbə qazandı. Bu məğlubiyyətən sonra Səfəvi ordusunun Şərqi Anadoludakı hakimiyyətinin əsasları laxlamağa başladı. Son olaraq Kemah mühasirəsi ilə Ərzincandakı hakimiyyətini də itirən Şah İsmayıl Nurəli Xəlifəyə hücuma keçmə əmri verdi. Nurəli Xəlifə ilə döyüşmək üçün isə Səlim sevimli sərkərdələrindən olan Bıyıklı Mehmed Paşanı vəzifələndirdi. Tərcan, Kəmax və Qarahisardan əlavə qüvvələr toplayan Bıyıklı Mehmed Paşa yaz aylarında Fərat çayını keçdi.
Tom dayının koması
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı == Məzmunu == Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. == Nəşri == ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. === Azərbaycanca === Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.
Komançi
Komançi — Amerika Birləşmiş Ştatlarında yaşayan yerli xalqlardan biri. Komançi qəbiləsinin Meksika və Texas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-də 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir. Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Kuzma Kovaçiç
Kuzma Kovaçiç (d. 6 iyun, 1952, Hvar adası, Xorvatiya) — Xorvat mənşəli akademik heykəltaraş və professor. == Haqqında == Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib. O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir.
Mateo Kovaçiç
Mateo Kovaçiç (6 may 1994[…], Lins) — Xorvatiyalı futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti peşəkar futbol kulubunun və Xorvatiya milli komandasının futbolçusu. == Klub karyerası == === Mançester Siti === 27 iyun 2023-cü ildə "Mançester Siti" Mateo Kovaçiçi transfer etdiyini açıqladı. == Həyatı == Mateo Kovaçiç 6 may 1994-cü ildə Avstiyanın Linz şəhərındə doğulub . Sonra isə Xorvatiya vətəndaşlığını qəbul edib .