Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konsensus
Konsensus (lat. consensus razılıq, ümumi rəy deməkdir) — beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səsvermə keçirilmədən razılığa gəlməsi. Məsələn Avropada Təhlükəsizlik və əməkdaşlığa dair müşavirənin (1975) yekun aktı konsensusla qəbul olunmuşdur. Konsensus dövlətlər arasında razılığın əldə edilməsində böyük rol oynayır. Mübahisəli məsələ üzrə razılığa gəlmə; Əməliyyatın, fəaliyyətin keçirilməsi şərtləri üzrə onlarda maraqlı olan bir çox tərəf arasında əldə edilmiş razılıq; Beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın, yaxud müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səsvemə keçirilmədən qəbul edilməsi. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Konsensus nedir?
Milli Konsensius Hökuməti
Milli Konsensius Höküməti (ərəbcə: حكومة الوفاق الوطني), Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında bəzi ölkələrin dəstəyi ilə Liviya Siyasi Konsensiusu çərçivəsində qurulmuş hökumətdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, yekdilliklə Milli Konsensus Hökümətini Liviyanın qanuni idarəçisinə çevirəcək Liviya Siyasi Konsensiusunu qəbul etmiş və Milli Konsensus Höküməti, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Liviyada qanuni güc olaraq qəbul edilmişdir. Milli Konsensus Hökumətinin ilk kabinet iclası 2 yanvar 2016-cı il tarixində Tunisdə keçirilmişdir. Bu kabinet iclasından sonra 18 nazirin adları açıqlanmış və hökumət rəsmi olaraq elan edilmişdir. 30 Mart 2016-cı ildə Fayiz Sərrac, yanındakı 6 dövlət məmuru ilə birlikdə vəzifəsini təhvil almaq üçün paytaxt Tripoliyə gəlmiş və 31 Mart 2016-cı ildə vəzifəsini rəsmi olaraq təhvil almışdır. Sərracın vəzifəsini almasından sonra Nümayəndələr Palatası Milli Konsensus Hökümətini tanımadığını elan etmişdir. Bu münaqişə vətəndaş müharibəsini qızışdırdı. Bir çox ölkə bu iki güc arasında vasitəçi olmağa çalışmış və iki gücün ortaq hökumət qurması üçün danışıqlar aparılmışdır. Ölkələr bu danışıqların uğursuz olması səbəbindən bir tərəf seçməyə məcbur oldular. Misir, Liviyanın şərqindəki terrorçu hesab etdiyi terror təşkilatlarının güclənməsini istəmədiyini elan edərək və Nümayəndələr Palatasına bağlı Liviya Milli Ordusunu dəstəklədiyini açıqlamışdır.
Cardamine konaensis
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.