Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koqnitiv azadlıq
Koqnitiv azadlıq və ya «əqli öz müqəddəratını təyinetmə hüququ» — fərdin öz zehni proseslərini, idrakını və şüurunu idarə etmək azadlığı. Bu konsepsiya düşüncə və vicdan azadlığı və bədəninizlə əlaqəli hərəkət azadlığı kimi anlayışları genişləndirir. Koqnitiv azadlıq beynəlxalq insan hüquqları müqavilələrində tanınmış bir hüquq deyil, lakin ABŞ-də məhdud bir səviyyədə tanınmışdır. Müasir elm üçün şəxsiyyətin tədqiqi ənənəvi hal alıb. Hazırda şxsiyyətin quurluşunu əmələ gətirən meyil, istək, duyğu, hiss, tələbat, motiv, maraq, bilik, bacarıq, ideal, inanc, dəyər, dünyaya münasibət və s. məsələlər geniş şəkildə öyrənilir.Koqnitiv azadlığa sahib olmaq, düşüncə, yoga, holotropik nəfəs alma, psixoaktiv maddələrin istifadəsi (məsələn, psixodeliklər, psixostimulyatorlar və digər qrupların maddələri), neyroteknologiyaların dəyişdirilmiş şüur ​​vəziyyətlərinə çatma yollarında məhdudiyyətsiz olmaq və s. deməkdir. Şəxsiyyətin quruluşundakı azadlıq göstəricilərinə psixologiyada onun harmonik inkişafının əsas şərtlərdən biri kimi baxılır. Bu fikir dünyanın tanınmış psixoloqların elmi tədqiqatlarında da təsdiqlənir. İnsan azadlığa yalnız müstəqil və şüurlu şəkildə, motivlərə əsaslanaraq qərarlar qəbul etdiyi halda sahib ola bilir.
Koqnitiv psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
Koqnitiv çatışmazlıq
Koqnitiv çatışmazlıq — öyrənmə prosesinə maneə rolunu oynayan hər hansı bir xüsusiyyəti təsvir edən termin.Termin təsvir edə bilər: ümumi intellektdə çatışmazlıqlar (zehni qüsurlarda olduğu kimi), koqnitiv qabiliyyətlərdə spesifik və məhdud çatışmazlıqlar (məsələn, disleksiya kimi öyrənmə pozuntularında), neyropsixoloji çatışmazlıqlar (məsələn, diqqət, yaddaş və ya icra funksiyası), idrak və yaddaşda dərmanların səbəb olduğu pozuntuları təsvir edə bilər (məsələn, alkoqol, qlükokortikoidlər və benzodiazepinlərilə müşahidə olunanlar). == Səbəbi == Səbəbi ümumiyyətlə kəskin və geri dönə bilən şüurun dəyişdirilmiş səviyyəsindən fərqli olaraq sabit bir xüsusiyyətə aiddir. Koqnitiv çatışmazlıqlar anadangəlmə ola bilər və ya beyin xəsarətləri, nevroloji pozuntular və ya psixi xəstəliklər kimi ətraf mühit amillərindən qaynaqlana bilər. == Skrininqi == Simptomları olmayan 65 yaşdan yuxarı insanlarda koqnitiv pozuntu üçün skrininq 2020-ci ilə qədər fayda və zərər baxımından aydın deyil.Ümumilikdə 3,870,293 nəfərin 579,710-u il ərzində izlənilən 66 yaşında olan insanlar daxil olmaqla geniş bir araşdırmada subyektiv koqnitiv tənəzzül sonrakı demensiya riskinin artması ilə əhəmiyyətli dərəcədə əlaqələndirildi. == Müalicəsi == Koqnitiv pozuntusu olan yaşlı insanlar işıq terapiyası qəbul etdikdan sonra bir qədər yaxşılaşırlar. == Digər == Koqnitiv çatışmazlığın iş keyfiyyətinə böyük təsir edəcəyi gözlənilsə də, sağlamlıq və iş keyfiyyəti arasında heç bir əlaqə yoxdur və ya çox azdır. Hava hərəkətinə nəzarətçi, peşəkar idmançı və digər koqnitiv cəhətdən asılı peşələr istisna olmaqla, yaş iş keyfiyyətinə təsir göstərmir. Bu, verilmiş koqnitiv testlərinə açıq şəkildə ziddir, buna görə də bu məsələ hələ də araşdırılır. Bu qənaətə gəlmək üçün mümkün səbəblərdən biri insanın öz imkanlarının həddinə qədər işləmək ehtiyacının nadir olmasıdır. Bəzi araşdırmalar göstərir ki, uşaqlıq aclığının koqnitiv qabiliyyətinin azalmasına qoruyucu təsiri ola bilər.
Koqnitiv dilçilik
Koqnitiv dilçilik — dili informasiyanı kodlaşdıran və transformasiya edən koqnitik mexanizm kimi öyrənir. Koqnitiv dilçilik dil və təfəkkür mürəkkəb münasibətlərini öyrənir. Dillə insanın qarşılıqlı münasibətlərini öyrənilməsinin bünövrəsini nevropsixoloqlar qoymuşlar. Neyrofiziologiyanın əsasında neyrolinqvistika yarandı. Bu sahənin görkəmli nümayəndələri L.İ.Vıqotski və A.R.Luriyadır. Məlum oldu ki, dil fəaliyyəti insanın beynində baş verir, dil fəaliyyətinin müxtəlif şəkilləri (dil mənimsəmə, dinləmə, danışma, məktub, oxuma və s.) baş beynin müxtəlif nahiyələri ilə əlaqədardır. == Koqnitiv dilçiliyin formalaşması və inkişafı tarixi == Koqnitiv dilçiliyin yaranması təkcə dilçilik tarixi ilə deyil, həm də daha geniş perspektivdə idrak tədqiqatlarının inkişafı və qondarma “koqnitiv elm”in formalaşması (cognitive science; rus dili nəşrlərində “koqnitologiya” və ya da “kogitologiya” terminləri rast gəlinir) ilə müəyyən edilmişdir. Koqnitiv dilçiliyin meydana gəlməsi 1989-cu ilin yazında Duysburqda ( Almaniya) keçirilən və eyni zamanda koqnitiv dilçilik üzrə ilk beynəlxalq konfransa çevrilən beynəlxalq dilçilik simpoziumu ilə üst-üstə düşür. Simpoziumun iştirakçıları Beynəlxalq Koqnitiv Linqvistika Assosiasiyasını yaratmış, Koqnitiv Dilçilik jurnalını təsis etmiş və Koqnitiv Dilçilik Tədqiqatları silsiləsi monoqrafiyalar hazırlamışlar, sonradan bu istiqamətin görkəmli nümayəndələr əsərlərini nəşr etdirdi.. Dil və təfəkkür arasındakı əlaqə probleminin inkişafının növbəti mərhələsi psixolinqvistika idi ki, onun çərçivəsində nitqin əmələ gəlməsi və qavranılması prosesləri, dilin insan şüurunda saxlanılan əlamətlər sistemi kimi öyrənilməsi prosesləri, dil sistemi və onun istifadəsi və fəaliyyəti öyrənilmişdir (amerikalı psixolinqvistlər C. Osquod , T. Sebeok , C. Greenberg , C. Carroll , rus dilçiləri A. A. Leontyev , I. N. Gorelov , A. A. Zalevskaya , Y. N. Karaulov) Beləliklə, koqnitiv dilçilik müasir dilçilik elminin müstəqil sahəsi kimi koqnitiv elmdən çıxmışdır.
Koqnitiv dissonans nəzəriyyəsi
Koqnitiv dissonans — psixologiya nəzəriyyəsi. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur. Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi. Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, sıxıntı yaradır. Bir birinə uyğun gəlməyən iki pozisiyanın təsiri altında olan şəxs üzləşdiyi dilemmanı həll etmək və onu narahat edən gərginliyi azaltmaq üçün üç növ davranışdan istifadə edir: bu pozisiyalardan birini dəyişmək (məsələn, əylənməyi sonraya saxlayıb imtahana hazırlaşmaq); dissonans təşkil edən pozisiyalar barədə əvvəl qəbul etdiyi mühümlüyün azaldılması (məsələn, əgər imtahandan birinci dəfə qiymət almasa, ikinci cəhd imkanından istifadə edə bilmə fikri); bu iki pozisiyanı barışdıran mövqe tutulması (məsələn, əvvəl verilmiş imtahanlardan sonra istirahət etmə haqqının olması). == Mənbə == A. Colman. Oxford Dictionary of Psychology.
Koqnitivlik
Koqnitivlik (lat. cognitio - “başa düşmək, dərk etmək, öyrənmək”) — dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir. Psixologiyada bu anlayış şəxsdə baş verən psixoloji prosesləri və əsasən informasiya emalında psixoloji vəziyyəti araşdırmaq üçün tətbiq edilir. Bu anlayış həm də tez-tez “kontekst bilikləri”n (abstraksiyalaşdırma, konkretləşdimə), bilik, bacarıq, qavrama kimi keyfiyyətlərin araşdırılmasında istifadə edilir. Çox vaxt koqnitivlik ilə şüur eyni götürülür. İnsanda bir çox proseslər şüurlı baş versə də, koqnitivlik və şüur eyni deyildir. İnsanda proses koqnitiv ola bilər, ancaq şüursuz baş verə bilər, məsələn, şüursuz şəkildə nəyisə öyrənmək. İnsanın koqnitiv xassələrinə “diqqətlilik”, “yadınasalma”, “öyrənmə”, “yaradıclıq”, “təşkiletmə”, “oriyentasiya”, “əsaslandırma”, “iradə”, “inam” və s. kimi keyfiyyətlər aid edilir.