Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Cırlaşma
Cırlaşma – kvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur.
Koryajma
Koryajma (rus. Коря́жма) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən şəhər. Şəhər dairəsinin mərkəzi Koryajma şəhəridir. Əhalinin sayı — 37 092 nəf. Sahəsi — 50,11 km². Əraziyə dair ilk annalistik qeyd 1535-ci ildə baş verdi. 1985-ci ildə Koryajma regional tabe bir şəhər statusu verildi. == İqtisadiyyatı == === Sənaye === Şəhərin yaranması və inkişaf tarixi Kotlas kağız dəyirmanı ilə əlaqədardır. İndiki şəhər formalaşdıran müəssisə olan Koryajmada "İlim Qrup" ASC-nin filialı, məhsul və xidmətlərin ümumi şəhər həcminin 91,7%-ni tutur. Şəhərdə bu müəssisələr yerləşir: ASC Kotlas Kimya Zavodu "Koryajma Sənaye Müəssisələri Kombinatı" ASC — şirkət ləğv edilir Koryajma İnşaat Tresti ASC — şirkət ləğv edildi 2009-cu ildə istehsal olunan istehsal, iş və xidmətlərin istehsal sənayesində göndərilmiş malların həcmi 15,37 milyard rubl təşkil etmişdir.
İonlaşma
İon- atom və atom qrupları tərəfindən artıq elektronlarının itirilməsi və ya zəbt edilməsi nəticəsində əmələ gələn elektrik yükü daşıyan hissəcik. == İonlaşma == İonlaşma atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma, cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların konsentrasiyasının artmasından dəyişir. Məsələn, meşə havasında oksigenin ionlaşma dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ qərənfili, maqnoliya, mimoza, araliya və evkalipti göstərmək olar. == İonalaşan radiasiya, ionlaşan şüalanma == İonlaşan radiasiya mühitin ionlaşmasına səbəb olan şüalanmadır. İonlaşan radiasiya böyük intensivlikdə insan həyatı və digər orqanizmlər üçün təhlükəlidir.
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.