Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvəotu
Dəvəotu (lat. Corispermum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Ləçəkotu
Ləçəkotu (lat. Platanthera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Kəkotu
Kəkotu (lat. Satureja) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Avropa ləçəkotu
Çödükotuyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
İssopyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
Qoşayarpaq ləçəkotu
Qoşayarpaq ləçəkotu (lat. Platanthera bifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.
Yaşılçiçək ləçəkotu
Yaşılçiçək ləçəkotu (lat. Platanthera chlorantha) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları uzunsov-yumurtavari, bizvari sonluqludur. Gövdəsi 30–50 sm hündürlükdə, 1–3 sayda xırda lansetşəkill yarpaqcıqlı və iki ədəd iri, enli, oval və ya tərs-yumurtavari, gövdənin aşağı hissəsində enli saplağı olan yarpaqlıdır. Çiçək qrupu cox çiçəkli, boş, 7–25 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və ya yumurtavari, lansetşəkilli, kütləşmiş, yaşılımtıl-ağ, az iylidir. Dodağı xətti-lansetvari,11–14 mm uzunluğunda, küt, qövsvari əyilmiş, 2,7 sm usunluğunda, təpə hissədə sancaqvari qalınlaşmış mahmızlıdır. == Yayılması == Samur-Dəvəçi ovalığı, Qobustan, Böyük Qafqazın bütün rayonları (Altıaqac qəsəbəsinin ətrafı), Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Lənkəran və Naxçıvanın dağlıq rayonları, Xəzəryanı ovalıq (Xızı rayonu). == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir.
Dağınıqçiçək kəkotu
Dağınıqçiçək kəkotu, Məzrə, Küftəotu (lat. Satureja hortensis) - kəkotu cinsinə aid bitki növü. == Yayılması == Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.
Məkətu (Həştrud)
Məkətu (fars. مكتو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (41 ailə).
Yaşıl rəngli ləçəkotu