Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəzər lələyi
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü.Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.
Mələyin öpüşü (film, 2017)
Mələyin öpüşü — rejissor Əsgər Əli Hacızadə tərəfindən 2017-cı ildə çəkilən dram janrlı tammetrajlı bədii film. == Məzmun == Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır. Cahan xəstə atasına baxmaq üçün, iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileylənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məşhur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir səkildə işi qəbul etsə də başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir-birilərinə qarşı duyğuları dəyişir... == Film haqqında == Film Fuad Poladovun kinoda son işidir.
Melovin
Konstantin Nikolayeviç Boçarov (ukr. Костянти́н Микола́йович Бочаро́в, rus. Константи́н Никола́евич Бочаро́в; d. 11 aprel 1997, Odessa, Ukrayna) və ya səhnə adı ilə Melovin — Ukrayna müğənnisi və bəstəkarı. O, Ukraynada X Factor musiqi yarışmasındakı qalibiyyəti ilə şöhrət qazanmışdır. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kostyantın Mıkolayovıç Boçarov 11 aprel 1997-ci ildə Ukraynanın Odessa şəhərində, Nikolay Boçarov və Valentina Boçarovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan Boçarov ilkin olaraq təhsil aldığı məktəbdə keçirilən konsert proqramlarında çıxış etmişdir. O, daha musiqi məktəbinə daxil olmuş, lakin orada təhsilini başa çatdıra bilməmişdir. Ardıcıl olaraq, teatr məktəbinə daxil olmuş və orada təhsilini uğurla yekunlaşdırmışdır.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Vladimir Leqoşin
Vladimir Georgiyeviç Leqoşin (rus. Владимир Георгиевич Легошин; 27 may 1904, Bakı, Rusiya İmperiyası-21 dekabr 1954, Moskva, SSRİ) — SSRİ kinorejissoru, üçüncü dərəcəli Stalin mükafatı laureatı (1951) == Həyatı == Vladimir Leqoşin Bakı Mərkəzi İşçi Klubunun dram studiyasında fəaliyyət göstərən Qırmızı gənclər evindəki studiyada oxumuşdur. Rəssam və jurnalist işləməklə yanaşı həmçinin kinostudiyada filmlərə çəkilirdi. 1924-cü ildə Bakı teatr texnikumunu bitirdikdən sonra Moskvaya köçmüşdür. Burada o ömrünün sonlarına qədər müxtəlif kinostudiyalarda kino sahəsində fəaliyyətini davam etdirmişdir. Həmçinin dublyaj ustası kimi də məşhur idi. == Filmoqrafiya == Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film) Nəhəng tarakan (cizgi filmi, 1927) — (səsli variantın rejissoru) Xoşbəxtlik haqqında nəğmə (film, 1934) — (Mark Donskoy ilə birlikdə) Tənha yelkən ağarır (film, 1937) Əsgər cəbhədən gəlirdi (film, 1939) Sualtı əsirlikdə (film, 1942) (qısametrajlı bədii film) Təkbətək döyüş (film, 1944) Onların Vətəni var (film, 1949) — (Aleksandr Faynssimmer ilə birlikdə) == Adlar və mükafatlar == Üçüncü dərəcəli Stalin mükafatı (1951) — "Onların Vətəni var" (1949) filminə görə == Ədəbiyyat == ГАНЕЛИНА И. Владимир Легошин // 20 режиссерских биографий. — М., 1971.
Senecio lelyi
Senecio lelyi (lat. Senecio lelyi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Elayın kitabı (film,2010)
İlayın kitabı (ing. The Book of Eli) — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Filmin rejissorları Hyuz qardaşlarıdır. Denzel Vaşinqton "İlay" personajının rolunu canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == «İlayın kitabı» — Internet Movie Database saytında.