Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cülyen Lametri
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Marko Lazetiç
Marko Lazetiç (serb-kiril. Марко Лазетић ; 22 yanvar 2004, Belqrad) — Serbiyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda mərkəz hücumçusu kimi oynayır. == Klub karyerası == Lazetiç 29 noyabr 2020-ci ildə, hələ 17 yaşına 2 ay qalmış "Srvena Zvezda" klubunda debüt edib. Həmin oyunda komandası 3–0 hesabı ilə qələbə qazanıb. 27 yanvar 2022-ci ildə, 18 yaşında İtaliya A Seriyasında çıxış edən "Milan" klubuna transfer olunub. O, yeni klubu ilə 4 illik müqavilə bağlayır.
İoanna Kafetsi
Yannula «İoanna» Kafetsi (yun. Γιαννούλα „Ιωάννα“ Καφετζή) — Yunan yüngül atleti, uzununa tullanma üzrə atlet. Kafetzi 2001-ci ildə Tunisdə keçirilən Aralıq dənizi Oyunlarında 4100 m məsafəyə qadınların estafetində bürünc medal qazandı. Sonradan uzununa tullanma növü ilə məşğul olmağa başladı. 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının iştirakçısı oldu. İdman karyerası boyunca Kafetzi Xaniyadakı beynəlxalq turnirdə 6,71 metr məsafəyə tullanmaqla şəxsi rekordunu yeniləmişdir Yannula Kafetsi 30 may 1976-cı ildə Yunanıstanın tarixi Fessaliya bölgəsində anadan olmuşdur. 2004-cü ildə Afinadakı Yay Olimpiya Oyunlarında Kafetsi məşq üçün evdə uzununa tullanmaqla məşğul idi. Oyunlardan iki ay əvvəl o, öz şəxsi rekordunu yeniləyərək 6.71 metr məsafəyə tullandı. Bu Xaniyadakı beynəlxalq yarışlarda baş verdi. Kafetsinin nəticəsi Olimpiya Oyunlarında iştirak etmə normativinə uyğun idi.
Cülyen Ofre de Lametri
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Liftçi qız (film, 1966)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. == Məzmun == Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır. Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. == Festivallar və mükafatlar == Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. == Film haqqında == Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.