Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laxar
Laxar - (rus. лахар, ing. lahar) vulkan ma­te­rial­larının yağış suyu, krater gölü­nün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsul­lardan əmələ gəlir, soyuq L.-püs­kürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Lavar (İzer)
Lavar (fr. Lavars) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Mans kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38208. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Laxar brekçiyaları
Laxar brekçiyaları - (rus. брекчии лахаровые, ing. lahar breccia, breccia volcanic mudflow) püskürmə ilə eyni vaxtda baş verən palçıq axımı çö­küntüləri; narın materiallarla se­ment­ləşmiş vulkan qırıntıları və qaymalarından təşkil olunur.
Lazar Biçeraxov
Lazar Fyodoroviç Biçeraxov (1882-1952) - çar ordusunda kazak qoşunları polkovniki. Milliyətcə osetindir. Birinci dünya müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan rus qoşunlarının tərkibindəki kazak qoşunlarınınn komandanı. == Biçeraxov və Azərbaycan == Oktyabr inqilabından sonra ingilis komandanlığı Biçeraxovun rəhbərliyi altındakı 1500 nəfərlik hərbi qüvvəni Bakını almaq üçün istifadə etmək qərarına gəldi. Böyük məbləğ qarşılığında buna razılıq verən Biçeraxov 1918-ci ilin iyunun 27-28-də ingilis generalı Denstervillə Bakıya hücum planını müzakirə etmişdi. Plana əsasən, Biçeraxov Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə müraciətində Bakını türk qoşunlarından qorumaq üçün öz dəstəsinin sovet qoşunları tərkibinə daxil olunması təklifini vermişdi. Bolşeviklərə nifrət etməsinə baxmayaraq, Biçeraxov türk qoşunlarının Bakıya girməsinə də mane olmağa çalışırdı. Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra gizli planları barədə Bakı Sovetinə məlumatlar da vermişdi. === Bakıya gəlişi === Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS Biçeraxovun yardımından istifadə etməyə razılıq verdi. Lakin 1918-ci ilin iyulun sonunda Qafqaz İslam Ordusuna qarşı hərbi əməliyyatların ümidsiz olduğunu görən Biçeraxov cəbhə xəttini tərk edərək, öz dəstəsi ilə birlikdə Dağıstana keçmiş, Petrovsk-Port (Mahaçqala) şəhərini tutmuş, A. Denikinlə əlaqə yaratmışdı.
Lazar Brankoviç
Lazar Brankoviç (1421 və ya 1427, Serbiya – 20 fevral 1458, 20 yanvar 1458 və ya 1458) — Brankoviç ailəsinin Serbiya tarixindəki ikinci hökmdarı. == Həyatı == 1421-ci ildə doğulub. 20 fevral 1458-ci ildə vəfat edib.
Lazar Lagin
Lazar İosifoviç Ginzburq (Lagin) (4 dekabr 1903-16 iyun 1979) - sovet yazıçı və şairi. Lazar Ginzburq - yazıçının əsl adıdır. == Həyatı == Lazar Ginzburq (Lagin) 4 dekabr 1903-cü ildə Vitebsk şəhərində yəhudi ailəsində anadan olub. O, İosif Fayveleviç Ginzburqun ailədə beş uşaqdan birincisi idi. Növbəti il, Lazarın atası İosif pul qazanmaq məqsədi ilə Minskə köçüb burada mağaza açdı. 1919-cu ildə 15 yaşlı Lazar orta məktəbi bitirib attestat alır. Və məktəbi qurtardıqdan sonra könüllü olaraq Vətəndaş müharibəsinə gedir. 1920-ci ildə isə RK(b)P-nin üzvü olur. 1922-ci ildən Lazar Laginin şeir və qeydləri qəzetdə nəşr olunmağa başlayır. 1924-cü ildə Rostov na-Dona gedən Lagin Vladimir Mayakovski ilə görüşür və Mayakovski onun şeirləri yüksək qiymətləndirir.
Lazar Parapetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Böyük Ermənistan – 510, Pərpi, Sasanilər İmperiyası) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450-451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481-484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Parpetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Böyük Ermənistan – 510, Pərpi, Sasanilər İmperiyası) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450-451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481-484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Xrebelyanoviç
Lazar Xrebelyanoviç (serb. Лазар Хребељановић; 1329[…] – 15 iyun 1389, Kosovo sahəsi) — Serbiyanın sonuncu müstəqil knyazı.
Lazar Şaineanu
Lazar Şaineanu (23 aprel 1859- 11 may 1834) — rumın dilçisi, folklorçusu. == Həyatı == Lazar Şaineanu 1859-cu ildə anadan olmuşdur. 1901-ci ildə Fransaya köçmüş, École des hautes étudesdə təhsil işçisi olaraq çalışmışdır. Şäineanu rumın dili üzrə yazdığı əsərlərlə tanınmışdır. Bundan əlavə türk dili, türk tarixi və türk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bir əsər yazmışdır. «Influenta orientalä asupra limbei şi culturei romäne» (1900) adı ilə nəşr olunan bu əsərdə rumin dilində türk dilindən alınma sözlərdən bəhs olunur. Şäineanudan əvvəl Theophil Loebelde bu haqda əsər yazmışdır («Elemente turceştı, ara- beştı şi persane ın limba Romänä», 1894). Loebel Şäineanunun əsəri ilə əlaqədar öz fikir və düşüncələrini də dərc etdirmişdir («Contributioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäineanu», 1909). Son illərdə Heinz F. Wendt «Die türkischen Elemente im Rumänischen» (1960) adlı əsərində rumin dilində istifadə olunan türk sözlərini təkrar gözdən keçirsə də, Şäineanunun tədqiqatları bu sahədə nəşr olunan ilk əsər olaraq öz əhəmiyyətini itirməmişdir.
Qapar Aytiyev
Qapar Aytiyeviç Aytiyev (qırğ. Гапа́р Айти́ев) — qırğız rəssam və heykəltəraşı. Qırğızıstan SSR Dövlət mükafatı laureatı (1966). SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1973). SSRİ xalq rəssamı (1971). Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyat və yaradıcılığı == Qapar Aytiyev 15 sentyabr 1912-ci ildə Qırğızıstanın Tuleyken kəndində anadan olub. 1935—1938-ci illərdə Moskva Rəssamlıq Texnikumunda təhsil almışdır. Qırğızıstanın ilk peşəkar rəssamlarından biridir. Seyrçi-poetik, bədii-epik təsviri ilə seçilən portret, mənzərə və məişət janrlarında tablolar yaratmışdır.
Uinter Lamar
Uinter Lamar (d. 14 yanvar 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Uinter Lamar, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Çapar (Ağdərə)
Çapar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi. == Tarixi == Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çapar (Kəlbəcər)
Çapar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi. == Tarixi == Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çapar (Sərdəşt)
Çapar (fars. چپر‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər. yaşayır (18 ailə).
Çapar (Zəncan)
Çapar (fars. چپر‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər. yaşayır (18 ailə).
Çapar (jurnal)
Çapar — 2018-ci ildə təsis edilmiş və Azərbaycanda çap olunan tarix jurnalıdır. Aylıq jurnal kimi nəzərdə tutulan "Çapar"ın məqsədi Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. == Haqqında == Çapar jurnalı 2018-ci ildə Bakıda təsis olunub. Jurnalın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Dilqəm Əhməddir. Məqsədləri Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. Jurnalın ilk sayı 2018-ci ilin dekabr ayının 8-də işıq üzü görüb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Jurnalın ilk sayında baş yazı "Azərbaycan Parlamenti 100 yaşında" adlanır. Bundan başqa Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisisti Mirzəbala Məmmədzadənin 14 yaşında ikən Bakıda nəşr etdiyi "Nəf-i elm, yaxud elmin sonu" adlı kitabçası ilk dəfə İlahə Xantəmirovanın təqdimatında latın qrafikasında verilib. Jurnalın ilk müsahibi Azərbaycan Cümhuriyyəti Parlamenti, 1937-ci il repressiyası ilə bağlı suallara geniş cavab verən professor Ədalət Tahirzadə olub. Daha sonra jurnalda Yusif İlhamoğlunun "99 illik universitet necə quruldu?", Ceyhun Nəbinin "Əhməd bəy Ağaoğlunun Xalidə Ədib Adıvara cavabı", Orxan Cəbrayılın "Mühacir hərbçi Firudin bəy Daryal" yazıları, eləcə də polkovnik Vəli bəy Yadigarın xatirələri, İrəvanın Göy məscidinin 100 illik fotoşəkilləri, Şuşa şəhərinin Çar dönəminə aid təsvirləri verilib, Əmin Abid, Ömər Faiq, Üzeyir bəy Hacıbəyli kimi klassiklərin məqalələri dərc edilib.
Çapar (peşə)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər."Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Çapar Xana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi.
Çapar xul
Çapar xul (lat. Babka gymnotrachelus) — Babka cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizi hövzələrində yayılmışdır. Sonuncuda Neogobius gymnotrachelus macrophthalmus yarımnövü yaşayır. Şimal hissədə geniş yayılmışdır. Azərbaycan sahillərində Xaçmazdan Abşerona qədər azsaylı və seyrəkdir. == Morfoloji əlamətləri == D VI-VII I (14) 15-18, A I 12-15 (16)-dır. Əmgəyi, peysəri, boğazı, qəlsəmə qapaqlarının bir hissəsi çılpaqdır. Alt çənəsi qabağa çıxmır.Başı böyürlərdən sıxılmışdır və eni hündürlüyündən bir qədər çoxdur. Dodaqları, xüsusən, ağzın künclərində genişlənməmiş üst dodağı ətlidir.
Lazar Drlyaça
Lazar Drlyaça (10 fevral 1882, Bosniya və Herseqovina – 13 iyul 1970, Bosniya və Herseqovina) — Bosniyalı rəssam. == Həyatı == Bosanski Novi yaxınlığındakı Blatnada bosniyalı serb ailəsində anadan olub. O, 1906-cı ilin oktyabrında Vyanada Təsviri Sənətlər üzrə imtahan verir və 1911-ci ildə Serbiya Krallığının pavilyonu üçün Romada Beynəlxalq Sərgidə iştirak edir. Bundan sonra rəssamlıq məktəbində oxumaq üçün Parisə köçür və Luvrda işləyir. Bəzən müştərilərin sifarişləri əsasında, qədim rəssamlar Titian və Leonardo da Vinçininin əsərlərini kopyalayır. 9 iyul 1914-cü ildən 1919-cu ilə qədər onun həyatı haqqında çox az şey məlumdur, lakin bir şəkil qeydində onun Sardiniyadakı düşərgədə olduğu qeyd olunur. İkinci Dünya Müharibəsindən bir qədər əvvəl, təxminən 1935-ci ildə, o, həmişəlik Bosniyaya qayıdır və Konjiçin yuxarısında, Boraçko jezero və Prenj dağı arasındakı karst yaylasındakı Borci kəndində məskunlaşır. O, ömrünün sonuna qədər orada tənhalıqda, əvvəlcə bir kənddə yaşayır və xəstələndikdən sonra 1970-ci ildə Boraçko gölünün üstündə yerləşən "Şantića Vila" adlı dağ villasına köçür. O, əvvəlcə Ekspressionizmçi olub, lakin sonrada İmpressionizmçiyə çevrilib.Drlyaça özünü Bosniyalı boqomilçi kimi tanıdıb, ona görə də onu tez-tez sonuncu Bosniyalı boqomilçi adlandırırdılar..
Lazar Markoviç
Lazar Markoviç (serb-kiril Лазар Марковић , tələffüzü [[Beynəlxalq fonetik əlifba|[lâzaːr mǎːrkoʋitɕ]]] ; 2 mart 1994, Çaçak[d]) — Qaziantepdən icarə əsasında Türkiyə Super Liqasının Trabzonspor klubunda cinah müdafiəçisi kimi çıxış edən serbiyalı peşəkar futbolçudur .Markoviç 2012-ci ildə Serbiya millisində 20-dən çox oyun keçirərək millidə debüt etdi. == Karyera statistikası == === Klub === 4 Fevral 2023 tarixində yenilənib === Milli === 15 noyabr 2016 tarixində yenilənibMatçlar və nəticələr ilk olaraq Serbiyanın qollarının sayını göstərir, hesab sütunu Markoviçin hər qolundan sonra hesabı göstərir.