Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dayenel Uilyams
Dayenel Vilyams
Layonel Riçi
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. == Erkən həyatı == Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. == Karyera == 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. == Diskoqrafiya == Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) == Filmoqrafiya == Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Çarlz Layel
Çarlz Layel (ing. Sir Charles Lyell; 14 noyabr 1797 — 22 fevral 1875) — şotland əsilli, XIX əsrin məşhur geoloqu. 1848-ci ildə ser tituluna layiq görülmüşdür. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə “XIX əsrin ən məşhur alimi” hesab olunur. == Həyatı == 1797-ci ildə Şotlandiyada anadan olan Layel dörd yaşında artıq oxumağı öyrənmiş, səkkiz yaşında isə məktəbə getmişdir. 1816-cı ildə Layel atasının kitabxanasından təsadüfən Robert Beykvellin “Geologiya elminə giriş” kitabını tapmış və bu gələcək alimin stol üstü kitabına çevrilmişdir. Oksford Universitetinə daxil olduqdan sonra klassikləri öyrənməklə yanaşı təbiət elmləri ilə də, maraqlanmağa başladı. Layel tələbə ikən o zamanlar hakim mövqe tutan katastrofizm fərziyyəsi barədə Byoklandın mühazirələrini çox maraqla dinləyirdi. Katastrofistlər belə güman edirdilər ki, böyük dəyişikliklər sürətlə, ani, sıçrayış yolu ilə, bütün geoloji hadisələr eyni istiqamətdə və eyni tempdə hazırkı nəticələrə gətirən qaydada baş verir. Ceyms Hettonun da tərafdar olduğu bu baxışlar uniformizm nəzəriyyəsinin əsasını təşkil edirdi.