Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Letargiya
Letargiya və ya letargiya yuxusu — insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan hal. Letargiya termini "Encaphilitis Lethargica" diaqnozundan götürülüb, mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq deməkdir. == Mahiyyəti == Çox az-az hallarda eşitdiyimiz letargiya yuxusu kimi məlum olan dəhşətli bir xəstəlik bu günə qədər sirr olaraq qalır. Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan halıdır. İnsanın dərisi solğunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsünü və nəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir. == Səbəbləri və müalicəsi == Müəyyən fərziyyələr olmasına baxmayaraq, letargiyanın səbəbləri və müalicəsi təbabətə tam aydın deyil. Həmçinin oyanmanın nə zaman baş verəcəyini də proqnozlaşdırmaq qeyri-mümkündür.
Liquriya
Liquriya — İtaliyanın 1948-cil il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Genuya şəhəridir. == Əhalisi == 1.614.924 milyon nəfərdir. == Sahəsi == 5.420 km²-dir.
Liquriya Respublikası
Liquriya Respublikası (it. Repubblica Ligure, liq. Repùbrica Lìgure) — İtaliyanın Liquriya regionunda mövcud olmuş kukla dövlət. 1797-ci ildə Genuya Respublikası Napoleon tərəfindən işğal edildikdə, bu dövləti ləğv etdi və yerində Liquriya Respublikasını yaratdı. 1805-ci ildə Napoleon bu dövləti ləğv etdi və Fransa İmperiyasına bağladı. 1814-cü ildə Napoleon müharibələrdə qəti şəkildə məğlub olduqda, bu dövlət yenidən quruldu, lakin 1815-ci ildə Vyana konqresində Sardiniya Krallığına verildi və ilhaq edildi.
Liquriya bayrağı
Liquriya bayrağı (liq. Bandêa da Ligûria) – İtaliyanın Liquriya regionunun rəsmi simvollarından biridir. 7 iyul 1997-ci ildə qəbul edilib. == Simvolizm == Hər bir rəngin öz mənası var: Yaşıl rəng Liquriya Alplarını və Apennini simvolizə edir. Qırmızı rəng İtaliyanın birləşdirilməsi üçün tökülən qanları simvolizə edir. Göy rəng Liquriya dənizini simvolizə edir. Bayrağın ortasında Liquriyanın gerbi yerləşir. Karavella regionun ticarət və dənizçilik keçmişini təmsil edir. Onun üstündə Genuya Respublikasının və Genuya şəhərinin bayrağı yerləşir. Dörd ədəd altıguşəli ulduz isə Liquriyanın 4 əyalətini təmsil edir: Genuya, Spetsiya, İmperiya və Savona.
Liquriya dili
Liquriya dili (lìgure) – keçmiş Genuya Respublikasının ərazisində, Şimali İtaliyanın Liquriya regionunda, Fransanın Aralıq dənizi sahillərində, Monakada, Korsikada yerləşən Bonifaço qəsəbəsində və Sardiniyanın bəzi bölgələrində danışılan qallo-italyan dil. Qallo-italyan dili olsa da, mərkəzi və cənubi İtaliyanın italo-romans qrupuna aid xüsusiyyətlərə malikdir. Liquriyanın paytaxtı Genuyada danışılan Genuya dili bu dilin ləhcəsi hesab olunur. Ənənəvi olaraq "İtalyan ləhcələrinə" aid edilir. Bu dilin 500 mindən artıq daşıyıcısı var. Liquriya dilində ədəbiyyatın tarixi XIII əsrə qədər uzanır. Luçetto, Martin Piacco və Ciakomo Kavalli kimi şəxslər liquriyaca ədəbiyyatın mənsubları olmuşdurlar. == Status == Liquriya dilinin İtaliyada heç bir statusu yoxdur və qanunla qorunmur. İtaliyadakı digər dillər və dialektlər kimi Liquriya dilinin danışanlarının sayı getdikcə azalmaqdadır. 2012-ci ilin statistikasına görə əhalinin ancaq 9%-i dostlar və ailələrlə bu dildə danışır.
Liquriya dənizi
Liquriya dənizi - Adını sahillərində yaşayan Liqur qəbiləsinin adından götürmüşdür. Aralıq dənizinin bir hissəsi olaraq Korsika, Elba adaları və Qunuez körfəzi ilə əhatələnir. Sahillərində Fransa, Monako və İtaliya kimi ölkələr yerləşir. Sahəsi 15,000 km², orta dərinliyi 1200 metr təşkil edir. Ən dərin yeri 2546 metrdir. Suyunun temperaturu qış ayları 13 s, yayda isə 23,5 s, duzluğu 38 ‰ təşkil edir. Sahilləri hündür və qalalıdır, bəzi yerlərdə isə qumlu çimərliklərə rast gəlinir. Sahilində ən böyük kurort-turizin mərkəzi Riveradır. Əsas limanlar Genuya, Savona (İtaliya), Spesiya, Nissa (Fransa).