Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Digital enhanced cordless telecommunications
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub.Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir. GAP uyğunluğu müxtəlif istehsalçıların DECT telefonları və bazalarına ən sadə funksional səviyyədə, yəni zəng etmək və qəbul etməkdə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir.
Lordes Mohedano
Lordes Mohedano (d. 17 iyun 1995) — İspaniyanı təmsil edən bədii gimnast. Lordes Mohedano, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lordes Mohedano 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Sandra Aguilar Navarro, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Lordes Mohedano, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Sandra Aguilar Navarro və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Bördcess Meredit
Oliver Bördcess Meredit (ing. Oliver Burgess Meredith; doğum 16 noyabr 1907, Klivlend, Ohayu, ABŞ – ölüm 9 sentyabr 1994, Malibu, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.