Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simuzər Ağakişiyeva
Simuzər Ağakişiyeva - (d. 1972, Bakı) - Azərbaycanlı aktrisa. == Həyatı == Simuzər Nadir qızı Ağakişiyeva 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə İncəsənət Universitetinə qəbul olmuşdur. Orada Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Bəhram Osmanov kimi sənətkarlardan dərs almışdır. Hələ 1-ci kursda oxuyanda Ənvər Əblucun rejissoru olduğu "Pəncərə" filmində çəkilmişdir. Sonralar Cənnət Səlimovanın Kamera teatrında çalışmışdır. 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. == Həyatı == Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. == Həyatı == Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.
Akvitaniya-Limuzen-Puatu-Şaranta
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.