Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
David Lynch
Devid Linç (ing. David Keith Lynch) - 1946-cı ilin 20 yanvar tarixində doğulmuş ABŞ rejissoru və rəssamıdır. 20 yanvar 1946-cı ildə ABŞ-də doğulan Linç eyni zamanda tanınmış bir rəssamdır. Hətta çox nadir hallarda mebel dizaynerliyi ilə də məşğul olur. Pensilvaniya İncəsənət Akademiyası və Amerika Film İnstitutunda təhsil alıb. 1977-ci il istehsalı olan ağ-qara filmi "Eraserhead" ilə tanınmışdır. "Dune" və "Blue Velvet" ilə çoxalan uğuru 90-cı illərin sonunda çəkdiyi "Lost Highway" filmi ilə zirvəyə çatmışdır. Bundan sonra "Mulholland Dr." və yoxlama xarakterli qısa filmlər çəkdi. Filmlərində alçaq səsli gurultular, çürümüş əşyalar, pozulmuş personajlar və polyarlaşdırılmış qaranlıq dünyalar yaratması ilə film dünyasının diqqətini üzərinə yönəltmişdir.
Kane & Lynch
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
LED lampa
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. Ancaq, nisbətən bahalıdır. LED, müxtəlif sahələrdə tətbiq olunur == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
Lampa xalçaları
Lampa xalçaları və ya Ləmpə xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu. == Bədii analiz == Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır.
Lampa xalçası
Lampa xalçaları və ya Ləmpə xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu. == Bədii analiz == Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır.
Vilho Lampi
Vilho Henrik Lampi (d. 19 iyul 1898, Oulu – ö. 17 mart 1936, Oulu) – Finlandiya rəssamı. Avtoportretləri, eləcə də, Liminka və onun əhalisi haqqında çəkdiyi tablolarına görə tanınır. == Həyatı == Lampi Oulu şəhərində anadan olmuş, lakin həyatının böyük hissəsini Liminkada keçirmişdir. 1921-1925-ci illərdə Helsinki Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra Liminkaya qayıtmış, ən məşhur əsərlərini burada yaratmışdır. Lampi 17 mart 1936-cı ildə Ouluyoki çayı üzərindəki körpüdən özünü ataraq intihar etmişdir. == Ədəbiyyat == Unto Immonen: Vilho Lampi, lakeuden melankoolikko in Suomen taiteen vuosikirja 1956–1957, Porvoo, 1957. (fin.) Paavo Rintala: Jumala on kauneus, (Vilho Lampi haqqında roman) Otava, 1959.
Kane & Lynch (dəqiqləşdirmə)
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Lyman Bradford Smith
Liman Bradford Smit (ing. Lyman Bradford Smith; 11 sentyabr 1904 Vinçester, Massaçusets – 4 may 1997 Manhattan, Kanzas) – ABŞ botaniki.
Limp Bizkit
Limp Bizkit — 1994-cü ildə Ceksonvil şəhərində (Florida ştatı) yaradılmış ABŞ nü-metal qrupudur. 1994-cü ildə qrupun solisti Fred Dörst, bassist Sem Riverslə tanış olur və onlar birlikdə qrup yaratmaq qərarına gəlir. Onlara Riversin qohumu zərbçi Con Otto və qitaraçı Ves Borland qoşulur. 1995-ci ildə onlar House of Pain qrupunun keçimiş di-ceyi – DJ Letalı qrupa dəvət edirlər və ilk demo disklərini 4 mahnıdan ibarət olan Mental Aquaducts albomunu yazırlar. Elə ilk illərdən qrupun en boyuk dostu və onlara dəstək verən artıq məşhurlaşmış və böyük fanat dəstəsinə sahib olan Korn qrupu olur. Ilk rəsmi albom "Three Dollar Bill, Yall$" olduqca uğurlu olsa da populyarlıq qazanmadı və yalnız qrupun 18 aylıq konsert turlarından sonra, yüksək satışlara nail oldu və dünya üzrə 2 milyon nüsxəyə yaxın satıldı. Bu günə kimi albom rapcore və nü-metal janrlarında yazılmış ən uğurlu albomlardan biri hesab edilir. Limp Bizkit, 1999-cu ilin yazında, ikinci albomlarını – Significant Other – çıxartdı və Billboard 200 siyahısında birinciliyə yükseldi. "Nookie" mahnısı onların dünya şöhrətini bir qədər də artırdı. 2000-ci ilin axırında ise, 3-cü albom "Chocolate Starfish and the Hot Dog Flavored Water" işıq üzü gördü.
Phytoseius lyma
Phytoseius lyma (lat. Phytoseius lyma) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius lyma Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır. == Oyun prosesi == Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.