Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mövhumat
Mövhumat (ərəb fəhm — fal, ovsun) yaxud xurafat — qorxu, psixi pozuntular və sosial bərabərsizlikdən yaranan, heç bir duyma orqanı ilə tanınmayan və deməli əslində maddi mənada mövcud olmayan proseslərə, qüvvələrə, şəxslərə inam. Mövhumat məişət səviyəsində, ilk baxışda heç bir məntiqi mənası olmayan hərəkətlərlə müşayət olunan müxtəlif ayinlərin yerinə yetirilməsi, təkrar olunan sözlərin ifadə edilməsi ilə səciyələnir.
Mövdut
Mövdut — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Mövdut kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Naxçıvan mövzulu poçt markaları
Naxçıvan mövzulu poçt markaları — Naxçıvan Muxtar Respublikası ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Naxçıvanla bağlı olan ilk poçt markası 1961-ci ildə SSRİ poçtu tərəfindən dövriyyəyə buraxılmış Naxçıvan şəhərinin Lenin küçəsinin təsvir olunduğu markadır. Müvafiq mövzu ilə bağlı bir il ərzində ən çox – 9 marka isə 2009-cu ildə "Azərmarka" tərəfindən dövriyyəyə buraxılmışdır.
Qarabağ mövzulu poçt markaları
Qarabağ mövzulu poçt markaları — Qarabağ ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları.
Azərbaycan mövzulu sovet poçt markalarının siyahısı
Azərbaycan mövzulu sovet poçt markalarının siyahısı — SSRİ-nin poçt təşkilatı tərəfindən buraxılmış Azərbaycan mövzulu rəsmi poçt markalarından ibarətdir.
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı
Azərbaycan mövzulu xarici poçt markalarının siyahısı — Xarici ölkələrin poçt təşkilatları tərəfindən buraxılmış Azərbaycan mövzulu rəsmi poçt markalarından ibarətdir.