Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi.Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.