Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmulan
Məmulan— İranın Luristan ostanının Poldoxtər şəhristanının Məmulan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,633 nəfər və 1,725 ailədən ibarət idi.
Məculan
Məculan (fars. ماجولان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 258 nəfər yaşayır (74 ailə).
Məmulat
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Bağdad) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi.
Məxulə (Çaroymaq)
Məxulə (fars. ماخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (12 ailə).
Məmun Əbdülqəyyum
Məmun Əbdülqəyyum (29 dekabr 1937, Male) – Maldivli siyasətçi, 1978–2008-ci illərdə Maldiv 3-cü prezidenti.
Əl-Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Bağdad) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi.
Məmlan ibn Yezid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. == Həyatı == Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Məmlan ibn Yəzid

Fərid Sədi Mələn
Fərid Sədi Mələn (1906, Van, Van vilayəti – 3 sentyabr 1988, Ankara) — Türkiyəli bürokrat, siyasətçi, Türkiyənin keçmiş Baş naziri. Fərid Mələn 1906-cı ildə Van şəhərində anadan olub. İbtidai və orta təhsilini Vanda alıb. 1928-ci ildə Bursa Erkek Liseyindən məzun olub. Əvvəl İstanbulda yerləşən və adı daha sonra Ankara Universiteti Siyasi Elmlər fakültəsi olan Dövlət Qulluğu Məktəbinə daxil olub. 1931-ci ilin iyulunda məzun olub. 1931-ci il 26 avqustda Bursa Maiyet memurluğunda dövlət qulluğuna daxil olub. 25 oktyabr 1932-ci ildə Maliyyə Müfəttişinin köməkçisi vəzifəsinə təyin edilib. 1 yanvar 1936-cı ildə dördüncü dərəcəli, 14 iyul 1939-cu ildə üçüncü dərəcəli, 26 yanvar 1940-cı ildə ikinci dərəcəli və 28 yanvar 1943-cü ildə birinci dərəcəli müfəttişliyə yüksəlib. 1 may 1940 – 27 noyabr 1941-ci il tarixləri arasında keçən əsgərliyində leytenant olub.
Kerulen
Kerulen — Monqolustanda və Çində çay. Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
Mulen
Mulen (fr. Moulins [mu.lɛ̃]) — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi və üçüncü böyük şəhəri. Keçmiş Burbon əyalətinin tarixi paytaxtı. Adı "dəyirman" kimi tərcümə olunur. Əhalisi — 21,9 min nəfərdir. == Coğrafiyası == Alye çayının sağ sahilində yerləşir. Şəhər Mərkəzi massiv dağlarının şimalında yerləşir, lakin ərazi yalnız bir qədər dağlıqdır. Mulen Fransanın bir neçə kommunalarından biridir, bəziləri müxtəlif kantonlara aiddir. == Tarixi == Şəhərin tarixi 1327-ci ildən, Mulen, kimi tanınan Berbank hersoqluğunun tarixinə əsaslanır.
Kerulen çayı
Kerulen — Monqolustanda və Çində çay. Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
Şarl Dümulen
Şarl Dümulen (fr. Charles Dumoulin; lat. Carolus Molinaeus; 1500, Paris – 28 dekabr 1566, Paris, Fransa) — fransız hüquqşünas.
Maulen Aşimbayev
Maulen Aşimbayev (rus. Маулен Сагатханович Ашимбаев; qaz. Мәулен Сағатханұлы Әшімбаев; 28 yanvar 1971, Almatı) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri (4 May 2020-ci il tarixdən). == Həyatı == === Təhsili === 1988-1993 - Əl-Farabi Qazaxıstan Milli Universiteti, iqtisadçı , siyasi iqtisad müəllimi. 2001 - Siyasi Elmlər Namizədi (dissertasiya mövzusu: "Qlobal demokratikləşmə prosesləri kontekstində Qazaxıstandakı siyasi tranzit").2003 — Con Hopkins Universiteti (ABŞ), Advanced International Studies School (SAIS) (İngilis dili) Rus dili, elmi staj. 2015-2016 — Tafts Universiteti, Fletçer Hüquq və Diplomatiya Fakültəsi, Beynəlxalq Münasibətlər üzrə magistr. == Fəaliyyəti == === Qanunverici fəaliyyəti === Beynəlxalq müqavilələrin bağlanması prosesinin sistemləşdirilməsinə və planlaşdırılmasına yönəlmiş "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına Qazaxıstan Respublikasının beynəlxalq müqavilələri ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun təşəbbüskarlarından və inkişaf etdiricilərindən biri olmuşdur. "İnformasiya əldə etmək haqqında" Qazaxıstan Respublikası Qanununun və "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarında məlumat əldə etmə ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun əsas təşəbbüskarlarından və inkişaf etdiricilərindən biridir. Bu qanunlar vətəndaşların məlumat almaq hüquqlarının həyata keçirilməsi mexanizmlərini birləşdirir və dövlət orqanlarının ölkə vətəndaşları qarşısında məsuliyyətinin artırılmasına kömək edir. Qazaxıstan Respublikasının "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına ekstremizm və terrorizmlə mübarizə ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" qanununa baxılması üzrə işçi qrupunun üzvü idi.
Borşod-Abauy-Zemplen
Borşod-Abauy-Zemplen — medye
Mulen (dəqiqləşdirmə)
Mulen — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi. Mulen (rayon) — Fransada region. Mulen (Ena) — Fransada kommuna.
Mulen (rayon)
Mulen (fr. Moulins) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Alye. Suprefektura — Mulen. Rayon əhalisi 2006-cı ildə 105 957 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon ərazisi — 2996 km².
Mulen Ruj!
Moulin Rouge! — 2001-ci ildə istehsal edilmiş, musiqili, romantik film. Filmin rejissoru, orodüsseri və ssenari müəllifi Baz Luhrmanndır. Qırmızı Pərdə prinsipi əsasında hazrlanmış filmdə Orfey əfsənəsi və Cüzeppe Verdinin "La Traviata" operasının motivlərindən istifadə edilmişdir. Filmdə gənc ingilis yazıçı – şairi olan Kristianın, ölümcül xəstə olan,Mulen Ruj gecə klubunun ulduzu, kabare aktrisa və kurtizan Satinə qarşı olan məhəbbətindən bəhs edilir. Hadisələr, incəsənət adamlarının yaşadığı ərazi kimi tanınan, Parisin Montmartre məhəlləsində cərəyan edir. Film səkkiz Oskar mükafatına namizəd göstərilmiş: Ən yaxşı bədii rejissor və Ən yaxşı paltar dizaynı nomanasiyalarında qalib gəlmişdir. Bu film iyirmi iki il ərzində Ən yaxşı şəkil nominasiyasında namizədliyi irəli sürülən ilk musicl idi. Film Avstraliyanın Sidney şəhərində, Fox Studiyasında çəkilmişdir. == Süjet == Filmdə hadisələr, 1900-cü ildə Paris şəhərində cərəyan edir.
Borşod-Abauy-Zemplen (medye)
Borşod-Abauy-Zemplen — medye
Mulen Ruj! (film, 2001)

Mulen de la Qalettdə rəqs gecəsi
Mulen de la Qalettdə rəqs gecəsi (fr. Bal du moulin de la Galette) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1876-cı ildə çəkilmiş rəsm əsəri. Tablo üçün rəssam öz dostlarından poza verməyi xahiş etmişdir, belə ki, onların bir qismini rəqs edənlərin və masa arxasında əyləşənlərin arasında asanlıqla görüb tanımaq olar. Tablonun çəkilişi zamanı rəssam çətin bir məsələnin öhdəsindən gəlməyə çalışmış, günəş şüalarının akasiya ağacının yarpaqları arasından süzülüb keçməsini, rəqs edənlərin və masa arxasında əyləşənlərin sifətlərində və geyimlərində əks olunmasını təsvir etməyə səy göstərmişdir.