Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makrofitlər
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Makrofitobentos
Makrofitobentos - yun. dilində makros +fitton , wielki + zavod deməkdir == Makrofitobentos == Yaşayışı su hövzəsinin dibində keçən su bitkilərinin məcmusu (bir çox qonur, qırmızı, yaşıl yosunlar və s.). Dünya okeanında Makrofitobensoz 200 mln.t. təşkil edir. Bir çox makrofitobentosunn nümayəndələri qida, tibbi əhəmiyyət daşıyır: laminariya (dəniz kələmi), qamış, anfelsiya, zostera və s. Makrofitbentosun dünyada yığımı 1,5 mln t. təşkil edir, o, 18-20 mln t.a.-da çata bilər, o cümlədən qonur yosun 16 mln t, qırmızı yosun 3 mln t. == Makrofitofaqlar == Makrokonsumentlər, nisbətən iri bitkilərlə qidalanır. == Makrofitofillər == İri bitkilər arasında və ya üzərində yaşamağı üstün tutan orqanizmlər.
Makrofitofil
Makrofitofil — iri bitkilər üzərində yaşayan orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Mikrofiş
Mikrofiş – bir neçə kadrın ardıcıl düzüldüyü şəffaf plyonkadan ibarət sənəd növü.Fotoqrafik kiçildilmiş görüntüləri (məsələn, sənədin, praktiki olaraq adi gözlə oxunması mümkün olmayan bir sıra kiçik görüntülər şəklində olan səhifələrini) saxlamaq üçün istifadə olunan, təqribən 1012 sm ölçüdə kiçik “plyonka” vərəqi; mikrofişləri oxumaq üçün xüsusi qurğudan istifadə olunur. Ultramikrofiş – predmetlərin əksinin 90 dəfədən çox kiçildilmiş ölçüdə mühafizə edən mikrofiş == Ölçüləri == 6×12 və ya 7.5×12sm. ölçülü bir mikrofişə 30-dan 130-a qədər kitab səhifəsi həcmində mətn sığa bilər. Mikrofişin oxunması üçün xüsusi proyeksiya aparatlarından istifadə olunur. Bu aparatın köməyi ilə görüntü 5-20 dəfəyədək böyüdülüb oxunur. Mikrofişin oxunması üçün başqa vasitələr də vardır. Məsələn, fotoböyüdücü, diaproyektor və ya güclü lupa. == Hazırlanması və istifadəsi == Yüksək kontrastlı pozitiv fotoplyonkada və ya fotokağızda hazırlanır, neqativlərdən çap olunur. Kompyuterləşmənin inkişafına qədər mikrofişlər kitabxanalarda, arxivlərdə istifadə olunurdu. Mikrofişlər az yer tutduqları üçün fondun fiziki həcmi üçün onlar daha uyğun sənədlər hesab olunurdu.
Mikrolit
Mikrolit — porfir süxurların əsas kütləsini təşkil edən və ya afir süxurların tərkibinə daxil olan lövhəvari, iynəvari, prizmatik və ya izometrik formalı mikroskopik kristallar. Mikrolit təşkil edən mineral adi optik üsullarla təyin olunur. Bu göstəricisinə və aydın formasına görə mikrolit kristallitlərdən fərqlənir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarofit yosunlar
Charophyceae (lat. Charophyceae) — bitki sinfi. Vegetativ və ya cinsi yolla çoxalırlar. Bir çox formaların karbonat hopmuş dişi cinsi hüceyrələri fossil halında mühafizə olunub qalır və "xara tufları" və ya "xarasit" süxurları əmələ gətirir. Xarofit yosunlar şirin su hövzələrində, dayaz laqunlarda geniş pöhrəliklər əmələ gətirir. Gec silur — müasir.