makrofit

makrofit (bot.)
makrofiliya
makrofitlər
OBASTAN VİKİ
Makrofitlər
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Makrofitobentos
Makrofitobentos — yun. dilində makros +fitton , wielki + zavod deməkdir == Makrofitobentos == Yaşayışı su hövzəsinin dibində keçən su bitkilərinin məcmusu (bir çox qonur, qırmızı, yaşıl yosunlar və s.). Dünya okeanında Makrofitobensoz 200 mln.t. təşkil edir. Bir çox makrofitobentosunn nümayəndələri qida, tibbi əhəmiyyət daşıyır: laminariya (dəniz kələmi), qamış, anfelsiya, zostera və s. Makrofitbentosun dünyada yığımı 1,5 mln t. təşkil edir, o, 18–20 mln t.a.-da çata bilər, o cümlədən qonur yosun 16 mln t, qırmızı yosun 3 mln t. == Makrofitofaqlar == Makrokonsumentlər, nisbətən iri bitkilərlə qidalanır. == Makrofitofillər == İri bitkilər arasında və ya üzərində yaşamağı üstün tutan orqanizmlər.
Makrofitofil
Makrofitofil — iri bitkilər üzərində yaşayan orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.