Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rosa mallardiana
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Millard Fillmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. == Erkən həyatı == Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
Millard Filmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. == Erkən həyatı == Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
Mallar və xidmətlər
Mallar və xidmətlər (ing. goods and services) — istehsalın, iqtisadi fəaliyyətin nəticəsini xarakterizə edən termin. Müəyyən bir müddət ərzində ayrı bir müəssisənin (təşkilatın), sənayenin, kənd təsərrüfatının və ya ölkənin və ya bütün dünyanın bütün xalq təsərrüfatının istehsalı nəticəsində yaranan məhsullar məcmusudur. == Məhsulun planlaşdırılması və uçotu == Məhsulların bütün dəsti ümumiyyətlə istehsal vasitələri (əmək vasitələri və əmək obyektləri) və istehlak malları (qida və qeyri-ərzaq məhsulları) bölünür . Planlaşdırma və mühasibat məqsədləri üçün məhsullar fiziki (fiziki vahidlər) və dəyər (pul vahidləri ilə) ölçülə bilər. Ənənəvi şəklində istehsal həcminin ölçüləri bunlardır: fiziki vahidlər (ton, kiloqram , metr (elektrik, fiber optik kabel), kvadrat metr (üzlüklü plitələr, parket) və digərləri); şərti təbii vahidlər (minlərlə (aşağıya baxın) şərti bankalar, şərti şifer təbəqələr, şərti parçalar, rulonlarda, rulonlarda və digərləri). sayma çəkisi — çox sayda kiçik homojen tarazlıq məhsulunun (yarı bitmiş məhsullar, (mini) aqreqatlar, qoz-fındıqlar, yuyucular, boltlar, toplar, düymələr və s.) sürətli sayılması üçün; hesablanmış çəkidə əhəmiyyətli (bilinməyən) məhsul sayı müəyyən nisbətdə eyni ölçülü (məlum olmayan) kiçik (məlum) sayı ilə tarazlaşdırılır (ölçüsüz - 10: 1, 100: 1, 1000: 1); Hesablanmış ağırlıq fabriklərdə, anbarlarda, qida fabriklərində və bənzərlərində istifadə olunur. İstehsalın dəyər ifadəsində həcmi müxtəlif göstəricilərlə müəyyən edilir. hazır məhsullar — hazırkı standartlara və ya təsdiq olunmuş spesifikasiyalara cavab verən, tamamən işlənmiş (pərçimlənmiş) bir məhsul olan müştəri və ya təşkilatın anbarı tərəfindən qəbul edilmiş öz istehsalımızın məhsulları və yarımfabrikatları. kommersiya məhsulları - satış üçün nəzərdə tutulmuş məhsulların qiymətləndirilməsi (hazır məhsullar, yarımfabrikatlar, istehsal xarakterli işlər və xidmətlər); ümumi məhsul (ümumi məhsul və məhsulların payı (ümumi məhsulun ümumi həcmində)) müəssisə tərəfindən istehsal olunan bütün növ məhsulların maya dəyəri və satışa təqdim olunan məhsulları təşkil edən elementlərə əlavə olaraq müvafiq dövr üçün bitməmiş istehsalın dəyişməsi, xammal dəyəri və müştəri materialları və bəzi digər elementlər; xalis istehsal — müəssisənin müəyyən bir dövr üçün iqtisadi fəaliyyəti nəticəsində yeni yaradılan dəyər.
Malware
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Lallar
Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Cəlair i.ə.v.-də kənd. Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eldar Həsənov — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. == Həyatı == Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Zallar
Zallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri kəndi işğal edib. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Circus maillardi
Circus maillardi (lat. Circus maillardi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Culiya Gillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Culiya Qillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Jordan Qalland
Jordan Qalland (2 yanvar 1980, Farminqton[d]) — Amerika Birləşmiş Ştatlarının pop müğənisidir (estrada artistidir). == Həyatı == Jordan Qalland 2 yanvar 1980-ci ildə Nyu-Yorkda anadan olub.
İsmin halları
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
Qızıl milyard
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Conatan Pollard
Conatan Pollard (ing. Jonathan Pollard; 7 avqust 1954) — amerikalı kəşfiyyat zabiti, keçmiş ABŞ dəniz kəşfiyyatı analitiki, 1987-ci ildə ABŞ-də İsrailin xeyrinə casusluqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 20 noyabr 2015-ci ildə buraxılmışdır. == Bioqrafiyası == === İsrail üçün casusluq === Stenford Universitetini (Kaliforniya) bitirdikdən sonra Pollard məxfi məlumatlara çıxışı olan ABŞ Dəniz Kəşfiyyatının analitiki kimi işləməyə başladı. Amerika və İsrailin rusdilli mətbuatına görə, "1983-cü ildə o, ABŞ kəşfiyyat orqanlarının İsraildən təhlükəsizliyi üçün vacib olan məlumatları qəsdən gizlətdiyini və bununla da kəşfiyyat məlumatlarının mübadiləsinə dair ABŞ-İsrail memorandumunun şərtlərini pozduğunu bildi (1983), ABŞ-ı İsrailə bu cür bütün məlumatları ötürməyə məcbur etdi". Eyni mənbələrə görə, Pollard 1984-cü ildə "bu məlumatın (kütləvi qırğın silahları haqqında) İsrail üçün lazımlı olduğuna inanaraq, həmçinin Amerika kəşfiyyatçıları tərəfindən antisemitizmlə üzləşib" 1984-cü ildə Lakamın (Büronun) əməkdaşı oldu. Elmi Əlaqələr) — Müdafiə Nazirliyi yanında hərbi-texniki kəşfiyyatla məşğul olan İsrail kəşfiyyat xidmətləri; Lakamın lideri Rafi Eytan idi. Rabitə İsrailin Vaşinqtondakı səfirliyi və İsrail kəşfiyyatının əməkdaşı Avi Sella vasitəsilə həyata keçirilib. İsrail və Fransaya səyahət edən Pollard Eytanla şəxsən görüşüb Pollard casusluq fəaliyyətinə görə Avi Selladan 10.000 dollar, sevgilisi Anna Henderson üçün isə brilyant və sapfir üzüklər, ümumilikdə 10.000 dollar alıb. Bundan əlavə, Pollard israillilərdən ayda 1500 dollar almağa başladı və ona və onun həyat yoldaşı olmuş Anna Hendersona qiymətli hədiyyələr təqdim edildi.
Villard Boyl
Villard Sterlinq Boyl, (19 avqust 1924[…], Amxerst[d], Yeni Şotlandiya – 7 may 2011[…], Wallace[d], Yeni Şotlandiya) — Kanadalı fizik. O, lazer texnologiyası sahəsinin banisi və şarjla birləşdirilən cihazın ixtiraçısı idi. Bellcomm-da Kosmik Elm və Kəşfiyyat Tədqiqatlarının direktoru olaraq Ayın eniş yerlərinin seçilməsinə kömək etdi və Apollon kosmik proqramına dəstək verdi.
Fövqəladə hallar
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Robert Balard
Robert Balard (ing. Robert Duane Ballard) - ABŞ dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Tallar (kanton)
Tallar (fr. Tallard) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0523. Tallar kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Tallar kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 5 945 nəfər təşkil edirdi.
Çarli Adlard
Çarli Adlard (ing. Charlie Adlard; 4 avqust 1966, Şrusberi[d]) — Böyük Britaniyalı komiks rəssamı. O, "Gəzən ölülər" və "Savage" komiksləri üzərində gördüyü işlərlə tanınır. == Karyerası == Çarli Adlard karyerasına Böyük Britaniyada Robbi Morrison ilə birlikdə komiks kitabları "White Death" və "2000 AD" üzərində əməkdaşlıq edərək başlamışdır. O, "2000 AD" seriyaları "Judge Dredd" və "Armitage" üzərində çalışmışdır. Adlard əməkdaşlığa davam edərək "Savage" üzərində də işləmişdir. Çarli Birləşmiş Ştatlarda "The X-Files" (Tops tərəfindən nəşr olunur), "Astronauts in Trouble" (AiT/Planet tərəfindən nəşr olunur) və "Gəzən ölülər" (Image Comics tərəfindən nəşr olunur) kimi məşhur komiks seriyalarına verdiyi töhfələrlə tanınır. O, 2004-cü ildən "Gəzən ölülər" komiksi üçün rəssamlıq edir.
Cozayya Uillard Gibbs
'Cozayya Uillard Gibbs (d. 11 fevral, 1839 – ö. 28 aprel, 1903) — amerikan fiziki. Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871). Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.