Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Veritas Management Systems
Veritas Management Systems şirkəti Azərbaycanda fəaliyyət göstərən və əsasən strateji və maliyyə planlaşdırılması, strateji idarəetmə, əməliyyatlarının optimallaşdırılması, təşkilati effektivlik, marketinq və satış kanallarının təkmilləşdirilməsi kimi sahələr üzrə ixtisaslaşmış menecment konsaltinq şirkətidir. Şirkətin missiyası "… qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, Azərbaycanda biznesin idarə olunmasına xas olan xüsusiyyətləri müsbət yöndə dəyişməkdir". Şirkət əsasən öz fəaliyyətlərini müştərilərinin biznes problemlərinin həlli üzərində cəmləşdirir. Müştərilərinin davamlı uğur qazanması üçün şirkət onlara daha səmərəli qərarların qəbul edilməsi və həmin qərarların praktiki fəaliyyət sahələrinə köçürülməsi istiqamətində yardım edir. Veritas Management Systems 2011-ci ildə Zaur Məmmədov tərəfindən təsis edilmişdir. Bu müddət ərzində şirkət biznesin müxtəlif istiqamətlərində və müxtəlif xidmət sahələri üzrə uğurlu layihələr həyata keçirmişdir. Həmin layihələrin coğrafiyası təkcə Azərbaycanla kifayətlənmir,həmçinin, Rusiya, Türkiyə, Gürcüstan, Şərqi Avropa və Yaxın Şərq ölkələrini də əhatə edir. == Xidmət sahələri == Şirkət əsasən menecment konsaltinq, bençmarkinq və idarəetmə sistemlərinin avtomatlaşdırılması sahələri üzrə xidmətlər təklif edir.Menecment Konsaltinq- xidmətləri müştərilərin biznes problemlərini anlamaq, dərin analizlər həyata keçirmək və hərtərəfli həll yolları təklif etməkdən ibarətdir. Müştərinin fəaliyyət göstərdiyi biznes sahəsindən və apardığı əməliyyatların mürəkkəbliyindən asılı olmayaraq, şirkət əsasən aşağıdakı sahələr üzrə konsaltinq xidmətləri göstərir. Strategiya Təşkilat Əməliyyatlar Risklərin idarəedilməsi Maliyyə Marketinq və satış Bençmarkinq- xidməti, müştərilərin performansını onların fəaliyyət göstərdiyi sahənin ən uğurlu təcrübələri ilə müqayisə edərək həyata keçirir.