Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türkistan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.
Manuelin
Manuelin, daha dəqiq manuelinu (port. Manuelino) — XV—XVI əsrlərdə Portuqaliyanın memarlıq tarixində üslub, İntibah dövrünün milli versiyası. Kral I Manuelin (hökmdarlığı 1495-1521) şərəfinə adlandırılmışdır. Bu dövr Portuqaliyanın ən yüksək qüdrət dövrü, dəniz gücü kimi çiçəklənmə dövrü idi. Çoxlu koloniyalar əldə edir. Portuqallar dənizlərdə genuyalılar və ispanlarla, yəni o vaxtkı dünyanın digər ən güclü dənizçiləri ilə yarışırdılar. Bununla bağlı iqtisadi və mədəni yüksəliş intensiv quruculuqda öz əksini tapdı. Manuelin qotika, Moorish üslubu, Renessans və ekzotik motivlərin elementlərini qarışdırır. Hətta demək olar ki, hind sənətinin təsiri bu üslubda özünü göstərirdi. Bu üslub, sanki, yeni dünyanı və naməlum ölkələri ilk görən avropalının təəssüratlarını ifadə edir.
Herr Manneliq
Herr Manneliq (həmçinin Bergatrollets frieri) orta əsrlərə aid İsveç xalq balladası. == Süjet == Bir dişi dağ trollu cəngavər cənab Manneliqə (İsveç dilində: Herr Mannelig) onunla evlənmək təklif edir və bunun müqabilində bir çox dəyərli hədiyyələr və gözəl həyat söz verir. Əgər Manneliq təklifi qəbul edərsə, troll insana dönə biləcək. Amma Manneliq trollun xristian olmaması səbəbindən bu təklifdən imtina edir. Təklifi qarşılıqsız qalan troll yaşadığı evinə qapanır və ağlayır. Onun ağlaması ilə dağlar sarsılır, ağaclardakı quşlar trollun yanına gəlir və onunla birlikdə ağlayırlar, amma trollun göz yaşları da cavabsız qalır.
Solanum manoelii
Solanum paniculatum (lat. Solanum paniculatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum belfort Vand. Solanum belfortianum Dunal Solanum botelhianum Dunal (unjustified emendation) Solanum botelho Vand. Solanum chloroleucum Dunal Solanum dictyoticum Roem. & Schult. Solanum jubeba Vell. Solanum macronema Sendtn. Solanum manoelii Moric. Solanum reticulatum Willd.
Angelik Kerber
Angelik Kerber (d. 1988, Almaniya) — tennisçi. Angelik Kerber Solaxaydır. 2011-ci ildə dünya reytinqində 32-ci olan idmançı 2012-ci ildə 5-ci sırada qərarlaşıb. “Uimbldon” turnirində finalın bir addımlığınadək irəliləyib. Mütəxəssislər də, tennis həvəskarları da 2012-ci ili karyerasının zirvəsi sayırlar. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.