Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mavlet Batirov
Mavlet Alavdinoviç Batirov (12 dekabr 1983, Xasavyurt, Dağıstan MSSR -də anadan olub) — rusiyalı sərbəst güləşçi, iki qat Olimpiya çempionu (2004 və 2008), 2007-ci ildə dünya çempionu, 2006-cı ildə Avropa çempionu, dəfələrlə Rusiya çempionu; Asiya çempionu Adəm Batirovun böyük qardaşı. Yalnız Mavlet Batirov, Buvaysar Saytiyev və Roman Vlasov Rusiya millisinin tərkibində güləş idman növündə birdən çox Olimpiya qızıl medalını qazana biliblər (1996-2016). == Həyatı == Mavlet Batirov Dağıstan əsilli avardır.Güləş sevgisi Batirova uşaq ikən, onu kiçik yaşlarından müxtəlif turnirlərə və yarışlara aparan atası Alavdin Niyazbəyoviç tərəfindən aşılanmışdır. İlk dəfə atası Mavleti və kiçik qardaşı Adəmi yeddi yaşında olarkən idman zalına gətirir. Batirovun iştirak etdiyi ilk yarışma, birinci yeri qazandığı Xasavyurtdakı gənclər turniri idi. O vaxt Mavlet Batirovun on yaşı var idi və çəkisi 22 kiloqram idi. Onun ilk məşqçisi Sayqidpaşa Umaxanov idi. Batirov 2003-cü ildən Rusiya millisində çıxış edirdi. CSKA klubunu təmsil edirdi. Şəxsi məşqçilər: Sayqidpaşa Umaxanov, Maqomed Əzizov, Çambolat Tedeyev idi.
Marlene Catzín Cih
Marlene Catzín Cih (b. 1954, Maxcanú, Yucatan, Meksika - 9 iyul 2020, Mérida, Yucatan) - Meksikalı qadın siyasətçi. == Bioqrafiya == Catzín Cih 1954-cü ildə Yucatan'ın Maxcanú şəhərində anadan olub. Meksika Milli İnqilabi Partiyasının (PRI) üzvü kimi siyasi karyerasında, 1994-1995, 2010-2012 və 2018-ci illərdə vəfatına qədər 3 müddət Yucatan şəhərinin meri vəzifəsində çalışmışdır. == Ölüm == 9 iyul 2020-ci ildə Meksikada koronavirusun yayılması zamanı Catzín Cih, Yucatan'da tutulduğu COVID-19 xəstəliyi səbəbiylə 66 yaşında vəfat etdi.