Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meşəsizləşdirmə
Meşəsizləşdirmə — meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara, məsələn, tarlalar, əkin sahələri, otlaqlar, şəhərlər, çöllər və s. çevrilməsi prosesi. Ən çox meşə qırılması tropik tropik meşələrdə baş verir. İndiki dövrdə Yer kürəsinin təxminən 31%-i meşələrlə örtülüdür. Bu, kənd təsərrüfatının genişlənməsindən əvvəl mövcud olan meşə örtüyündən üçdə bir azdır. Bu itkilərin yarısı keçən XX əsrdə baş tutmuşdur. Meşəsizləşdirmənin əsas səbəbi meşələrin tutduğu ərazilərin başqa məqsədlər üçün köçürülməsi, xüsusən meşələrin qırılması və əkin sahələri üçün yandırılmasıdır. Meşəsizləşdirmənin digər əsas problemi meşəsalmanın olmamasıdır. Bundan əlavə, meşələr qasırğalar, meşə xəstəlikləri, iqlim dəyişikliyi kimi təbii səbəblərə görə məhv ola bilərlər. Buna baxmayaraq, meşəsizləşdirmənin əsas səbəbi də insan fəaliyyətidir.
Azərbaycanda meşəsizləşdirmə
Azərbaycanda meşəsizləşdirmə — Azərbaycanda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Azərbaycan Respublikası ərazisinin insan tərəfindən məskunlaşdığı dövrdən indiyə kimi 1 milyon ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində iqlim şəraitinin qlobal dəyişmələri nəticəsində təbii landşaftlar dəfələrlə kökündən dəyişmiş və yenidən yaranmışdır. Bir çox tədqiqatçılar göstərirlər ki, son 40–45 il ərzində apardıqları tədqiqatlara görə 10–12 milyon il ərzində, həmçinin sonuncu minilliklər də daxil edilməklə qolosendə Azərbaycan Respublikası ərazisinin təbii kompleksləri bərpa edilmişdir. Müəyyən edilmişdir ki, son 3 min il ərzində Azərbaycanda dağ meşələrinin sahəsi 5 dəfə,, düzənlik və tuqay meşələrinin sahəsi isə 13 dəfə azalmışdır. Bunun əsas səbəbi əkin sahələrinin genişləndirilməsi və yanacaq əldə etmək məqsədilə meşələrin qırılması olmuşdur. Həmçinin tarixi sənədlərdən məlumdur ki, qədim dövrlərdə və orta əsrlərdə uzun müddət Sassanilərin və Bizansın müharibə meydanına çevrilən Azərbaycanda sonralar ərəblərin, monqolların, İran şahlarının və digər yadellilərin basqınları zamanı ölkənin şəhər və kəndləri ilə yanaşı meşələri də qırılmış, yandırılmış və məhv edilmişdir. == Meşələrin yayılma arealı == Sahəsi 8,66 mln. ha olan Azərbaycan respublikasının 1.25 mln. ha-ı meşələrdən ibarətdir.
Vyetnamda meşəsizləşdirmə
Vyetnamda meşəsizləşdirmə — Vyetnamda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2005-ci il hesabatına görə, Vyetnam dünyada əsas meşələrin meşəsizləşdirməsinə görə Nigeriyadan sonra ikinci yerdədir. Bununla belə, ümumi meşə örtüyünə gəldikdə, Vyetnam meşə keçidinə məruz qalmışdır. Onun meşə örtüyü 1990-cı illərin əvvəllərindən, onilliklər ərzində baş tutan meşəsizləşdirmədən sonra artmışdır. 2005-ci ilə kimi, Vyetnamın torpaq örtüyünün 39.7%-i, yəni 12,931,000 hektar ərazi meşə ilə örtülmüşdür. Buna baxmayaraq, yalnız 85,000 hektar (torpaq örtüyünün 0.7%-i) ərazi ən çox biomüxtəlifliyə malik olan əsas meşə növündə idi.