Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mediçilər
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Mehdiçilik
Mehdiçilik (ər.Məhdi;"rəhbərlik edilmiş", "düz yola çıxarılmış") — müsəlmanlarda dini inam, etiqad. Dini əfsanə və rəvayətlərə görə qiyamət günü əfsanəsində zühur edərək Dəccalı öldürüb, yer üzündə əmin-amanlığı və ədaləti pərpa edəcəkdir. Mehdiyə inamla əlaqədar olan mehdiçilik orta əsrlərdə geniş yayılmışdır. Şiə təriqətində "sahib əz-zaman" ("Dövrün hakimi", "Zəmanənin sahibi") adlandırılan Mehdi qeyb olmuş on ikinci imamdır. Mehdiçilik təlimi öz ictimai mahiyyəti etibarilə yəhudi və xristian dinlərində İsanın zühur etməsi əfsanəsi ilə yaxından səsləşir.