Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karl Menger
Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d] – 26 fevral 1921, Vyana) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı. == Həyatı == Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur. Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir.
Selanqor
Selanqor — Malayziyanın 13 ştatından biri. Ştat Malayziya yarımadasının qərb sahilində yerləşir və qərbdən Malakka boğazı, cənubdan Neqeri Sembilan, şərqdən Pahanq, şimaldan Perak ştatları ilə sərhədə malikdir. Ştat Kuala Lumpur və Putracaya federal ərazilərini əhatə edir. Ştatın inzibati mərkəzi Şah Alamdır, lakin ştatı idarə edən sultanın iqamətqahı Klanq şəhərində yerləşir. Selanqor ştatında daha bir əsas şəhər 20 iyun 2006-cı ildə şəhər statusu verilmiş Petalinq Cayadır. Selanqor ştatı Ümumi daxili məhsulun həcminə görə Malyziyada ən böyük iqtisadiyyata malikdir. Malayziyanın ümumi daxili məhsulunun 23%-ni təşkil edən ştatın 2010-cu ildəki ÜDM-un həcmi təxminən 42 milyard ABŞ dolları həcmində olmuşdur. Selanqor həmçinin yaxşı infrastruktura eləcə də magistral yolları və nəqliyyatına görə Malayziyada ən çox inkişaf etmiş ştatdır. Selanqor ştatı Malayziyada ən çox əhali yaşayan ştat olmaqla yanaşı, yüksək həyat səviyyəsinə və yoxsulluğun sayının ən aşağı göstəricilərinə malikdir.
Məlayer
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Cozef Erlanqer
Cozef Erlanqer (5 yanvar 1874[…], San-Fransisko, Kaliforniya – 5 dekabr 1965[…], Sent-Luis, Missuri) — Amerika fizioloqu, elektrofiziologiyanın banilərindən biri. Nobel mükafatı laureatı. Əsas əsərləri sinir hüceyrələrində və liflərində bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Birinci olaraq katod osilloqrafından istifadə etmiş və onun qeydiyyatı üçün orijinal metod işləyib hazırlamışdır. Arterial təzyiqin və ürəkdə qan dövranının qansız qeyd olunması üsulunu tətbiq etməklə ürək-damar fiziologiyasına mühüm töhfələr vermişdir. Ürək blokadasının mahiyyətini öyrənmişdir.
Məlayer şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. == Ərazi == Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. == Əhali == Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.